SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6245_messi-v-ronaldu-h-r-iki-futbol-dahisi-il-komanda-y

İDMAN

Hamısı

Messi və Ronaldu: Hər iki futbol dahisi ilə komanda yoldaşı olan futbolçular - SİYAHI

(2 Yil, 8 Ay öncə) 929 İzlenme 0 Yorum
Messi və Ronaldu: Hər iki futbol dahisi ilə komanda yoldaşı olan futbolçular - SİYAHI

Dünya futbolunun iki qütbü hesab olunan – Messi və Ronaldunun hər ikisi ilə eyni komandada oynamaq çox futbolçuya nəsib olmayıb. Lakin Messinin PSJ-yə keçidindən sonra bu siyahı bir qədər də genişlənib.

Sports.ru-nun məlumatına görə, Keylor Navas, Əşrəf Hakimi, Danilo Pereyra və Serxio Ramos kimi futbolçular bu siyahıya yeni əlavə olunacaq.

Siyahını təqdim edirik:
Fernando Qaqo – argentinalı müdafiəçi üç il Madrid “Real”ında Kriştianu Ronaldu ilə birgə çıxış edib. O, həmdə millidə Messinin komanda yoldaşı olub.

Qabriel Haynts – karyerası ərzində “Real”da da çıxış edib. Lakin onun yolu Ronaldu ilə hələ “Mançester Yunayted”də olarkən kəsişib. Q.Haynts da Messi ilə Qaqo kimi millidə birgə çıxış edib.

Jerar Pike – futbolçunun Mançesterdəki karyerası uğurlu alınmasa da, Ronaldu ilə eyni komandada çıxış edib. 2008-ci ildə isə Pike “Barselona”ya transfer olunub.

Andre Qomeş – Andre Qomeş “Barsa”nın heyətində 46 oyunda üç qol vurub. O, həmçinin milli komandada Ronaldu ilə birlikdə çıxış edib.

Anhel di Mariya – 2014-cü ildə “Real”da Çempionlar Liqasını, 2021-ci ildə isə milli yığmanın tərkibində Amerika Kubokunun sahibi olub.

Karlos Teves – “Mançester”də Runi və Ronaldu ilə birlikdə komandanın uğurları naminə çalışıb. Futbolçu eyni zamanda Messi ilə iki dəfə Amerika Kubokunda finala çıxıb.

Paulo Dibala – uzun müddət milli komandada yoldaşı olan Messinin davamçısı adlandırılıb. O, həmçinin Kriştianu Ronaldu ilə A Seriyasında iki titul qazanıb.

Qonsalo Hiquain – Ronaldu ilə iki klubun (“Real” və “Yuventus”) heyətində birgə çıxış edib. Ulduz futbolçu həmçinin millidə Messinin komanda yoldaşı olub.

Henrik Larsson – 2006-cı ildə gənc Messi ilə birlikdə Çempionlar Liqasının qalibi olub. 2007-ci ildə isə Ronaldu ilə bir yerdə “Mançester Yunayted”in heyətində İngiltərə çempionu olub.

Nelson Semedu – portuqaliyalı sağ cinah müdafiəçisi Messi ilə La Liqada iki titul qazanıb. 2019-cu ildə isə Ronaldu ilə Millətlər Liqasının qalibi olub.

Esekil Qaray – iki mövsüm “kral klubu”nun heyətində olub. 2014-cü il Dünya çempionatında isə Argentina ilə finalda çıxış edib.

Deku – portuqaliyalı millidə Ronaldunun, “Barsa”da isə Messinin komanda yoldaşı olub.

Martin Kaseres – uruqvaylı futbolçu hər iki futbol dahisi ilə klub səviyyəsində bir çıxış etmiş çox az futbolçudan biridir. Kaseres “Barsa”da üç mövsüm (2008-2011)  çıxış edib. Ronaldu ilə isə 2019-cu ildə “Yuventus”da komanda yoldaşı olub.

Miralem Pyaniç – bosniyalı da Paulo Dibala kimi Ronaldu ilə A Seriyasında iki titul qazanıb. O, daha sonra Messi ilə “Barsa”da çıxış edib.

Artur- braziliyalı “Barsa”nın heyətində iki mövsüm keçirib. Daha sonra “Yuventus”un yolunu tutub.

Fransişku Trinkau – gənc portuqaliyalı 2020-ci ildə “Barsa”ya keçib. Eyni ildə futbolçu Portuqaliya millisinin heyətində çıxış edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı