SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3311_-milan-ilk-m-glubiyy-tini-yuventus

İDMAN

Hamısı

“Milan” ilk məğlubiyyətini “Yuventus

(13 Gün, 13 Saat öncə) 383 İzlenme 0 Yorum
“Milan” ilk məğlubiyyətini “Yuventus

ÜMİDTV:       İtaliya A seriyasında XVI turun oyunları keçirilib.

Maraqlıdır ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Günün mərkəzi oyununda son çempion “Yuventus” lider “Milan”ın qonağı olub. Turin təmsilçisi səfər qələbəsi qazanaraq liderlə xal fərqini azaldıb. Bu matçadək məğlubiyyətsiz irəliləyən meydan sahibləri mövsümdə ilk dəfə uduzub.

Digər Milan təmsilçisi “İnter” “Sampdoriya”ya məğlub olub. İkinci pillədə qərarlaşan “neradzurra” xal qazana bilməsə də, mövqeyini qoruyub.

Üst sıralarda qərarlaşan komandalardan “Atalanta” “Parma”nı darmadağın edib. “Sassuolo” isə “Cenoa”dan güclü olub. “Napoli” gözlənilmədən evdə “Speziya”ya uduzub.

Qeyd edək ki, növbəti turun oyunları yanvarın 9-11-də keçiriləcək.

İtaliya A seriyası
XVI tur
6 yanvar

“Kalyari” – “Benevento” – 1:2
Qollar: Pedro, 20 – Sau, 41, Tuya, 41

“Bolonya” – “Udineze” – 2:2
Qollar: Tomiyasu, 19, Svanberq, 40 – Pereyra, 34, Arslan, 90+4

“Krotone” – “Roma” – 1:3
Qollar: Qolemiç, 71 - Mayoral, 8, 29, Mxitaryan, 35 (pen.)

“Latsio” – “Fiorentina” – 2:1
Qollar: Kaysedo, 6, İmmobile, 75 – Vlahoviç, 88 (pen.)

“Sampdoriya” – “İnter” – 2:1
Qollar: Kandreva, 23 (pen.), Balde, 38 – De Vriy, 65

“Sassuolo” – “Cenoa” – 2:1
Qollar: Boqa, 52, Raspadori, 83 – Şomurodov, 64

“Torino” – “Verona” – 1:1
Qollar: Bremer, 84 – Dimarko, 67

“Atalanta” – “Parma” – 3:0
Qollar: Muriel, 15, Zapata, 49, Qosens, 61

“Napoli” – “Speziya” – 1:2
Qollar: Petanya, 58 – Nzola, 68 (pen.), Pobeqa, 81

“Milan” - “Yuventus” – 1:3
Qollar: Kalabriya, 41 - Kyeza, 18, 62, Makkenni, 76


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    11 Gün, 23 Saat öncə
BIST
15650,51
ALTIN
441,153-0,15
EURO
9,06010,35
DOLAR
7,4723-0,02
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 24 şəxs qatıldı