Namiq Ələsgərov “Bursaspor”da tibbi müayinədən keçib.
N. Ələsgərov tibbi müayinədən uğurla çıxıb.
Məlumatlara görə, Türkiyə klubu azərbaycanlı futbolçu ilə üç illik müqavilə bağlamaq niyyətindədir.
Qeyd edək ki, Namiq Ələsgərov 2017-ci ildən “Neftçi”də çıxış edir. O, 2020/2021 mövsümündə “ağ-qaralar”ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.
Türkiyə klubu N. Ələsgərovun azad agent statusu alması üçün “Neftçi”yə 50 min avro ödəyəcək.