SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6166_prezidentl-rin-gorusund-vacib-m-qam-erm-nistan-ist

SON XƏBƏR

Hamısı

Prezidentlərin görüşündə vacib məqam: “Ermənistan istəməsə də, Zəngəzur dəhlizi açılacaq” - ŞƏRH

(2 Yil, 9 Ay öncə) 790 İzlenme 0 Yorum
Prezidentlərin görüşündə vacib məqam: “Ermənistan istəməsə də, Zəngəzur dəhlizi açılacaq” - ŞƏRH

ÜMİDTV:     “Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan görüşdən müsbət nəticələr gözləyə bilərik. Əgər görüşdə Zəngəzur dəhlizi müzakirə edilibsə və Rusiya tərəfindən bu dəhlizin açılmasına müsbət mövqe bildiribsə, deməli görüş bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vahid Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşdə müzakirə olunan məsələlərlə bağlı danışarkən deyib.

“Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyan ilə görüşmüşdü və müəyyən məsələləri müzakirə etmişdilər. Zənnimcə, Prezident İlham Əliyevlə Putin arasında baş tutan görüşdə müzakirə edilən bir çox məsələlər var idi. Bizim üçün ən vacib məsələlərdən biri isə sözsüz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Prezident dəfələrlə təkrar edib ki, bu dəhliz Ermənistan istəsə də, istəməsə də açılacaq. Bu dəhlizin açılması təkcə Ermənistandan asılı deyil. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasında həm Türkiyə, Rusiya və İranın, həm də Çinin, eləcə də digər Asiya dövlətlərinin də marağı var. Yəni, bu dəhliz Ermənistan istəməsə də, açılacaq. Dəhlizin fəaliyyətə başlaması dünya üçün əhəmiyyətli hadisədir. Buradan həm dəmir yolu, həm də avtomobil yolu keçəcək. Fikrimcə, bu və digər məsələlər görüşdə müzakirə predmeti olub”, - deyə o bildirib. 

Millət vəkilinin sözlərinə görə, bu məsələdə Ermənistanın da həmrəy mövqedən çıxış etməsi onun özü üçün də vacibdir, çünki, ümumiyyətlə bir dövlət kimi Ermənistanın bölgədəki fəaliyyəti sual altındadır. 

Vahid Əhmədov əlavə edib ki, regionda Rusiya ilə yanaşı, Türkiyənin də söz haqqı var və bu, Lavrovun çıxışında da öz əksini tapıb:

“Bu dəhliz təkcə Rusiyanın maraq dairəsində deyil. Bu yaxınlarda Çin səfiri layihənin ölkəsi üçün əhəmiyyətindən danışdı və bu səbəbsiz dilə gətirilmədi. Çin fövqəl bir dövlətdir, əgər belə bir fikirlə çıxış edilirsə, deməli bu dəhlizin açılmasında onların da marağı var. Zəngəzur dəhlizi bizim üçün yalnız iqtisadi cəhətdən deyil, siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edir. Bir sözlə, görüşdən müsbət nəticə gözləyə bilərik. Görüşün nəticələrini yaxın zamanda görəcəyik”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı