SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6147_erm-nil-rin-sir-ur-yi-yem-si-nin-s-b-bi-icdiyi-asl

MARAQLI

Hamısı

Ermənilərin “şir ürəyi yeməsi”nin səbəbi “içdiyi aslan südü imiş” - VİDEO

(2 Yil, 9 Ay öncə) 1,10 B İzlenme 0 Yorum
Ermənilərin “şir ürəyi yeməsi”nin səbəbi “içdiyi aslan südü imiş” - VİDEO

ÜMİDTV:     Demək olar ki, son vaxtlar hər gün ermənilərin Azərbaycan ordusunun mövqelərini atəşə tutması barədə məlumatlar verilir. Bu gün rüsvayçı ordunun döyüş meydanından dabanına tüpürüb qaçan hərbçilərinin atəşkəsi pozmağa necə cəsarət etməsi yəqin ki, hər kəsi düşündürür.

Bu suala sosial şəbəkənin erməni seqmentində yayılan video aydınlıq gətirib.

Azərbaycan ordusunun şanlı zəfərlərindən sonra arxasına baxmadan İrəvana qədər qaçan ermənilər nəfəslərini dərdikdən sonra, əlidolu göndəriliblər iki ölkənin sərhədinə...

Əlidolu dedikdə isə heç də silah nəzərdə tutulmur. Çaxırdan, konyakdan, araqdan əllərinə nə keçsə... Görüntülərdə “xidmət yerlərində” vəzifə başında dayanmış ermənilər kef məclisində badə qaldırır. “Məzlum” erməni xalqının, “Bayraktar” görəndə ürəyi partlayan Aşotun, “Xəzərdə üzmək adı ilə” evindən çıxıb bu gün həqiqətən Xəzərin sahilində həbsxanada olanların sağlığına içir, ölənlərin ehsanı kimi badəni çəkir başına. Bu məqamda isə bütün suallara aydınlıq gəlir: Sən demə, erməni hərbçinin onu döyüş meydanından iti qovan kimi qovan orduya atəş açmasına cəsarətləndirən “yediyi şir ürəyi” deyil, içdiyi “aslan südü” imiş.

Aciz və acınacaqlı vəziyyətdə olan bir qrup hərbçi yığınını ordu adlandırmaq nə qədər gülünc olsa da, Ermənistan dövləti bunların arxasında gizləndiyini düşünür. Vaxtilə “taktiki olaraq geri çəkilmə” strategiyasından istifadə edib bütün dünyaya rəzil olan erməni dövləti bu gün məhz videodakı həmin o əyyaşların “zəmanəti” altındadır.

Üzərinə bu cür məsuliyyətli və çətin iş düşən erməni hərbçilərin bu sərxoş vəziyyəti isə başadüşüləndir. Çünki Şuşanı misilsiz şücaət göstərib azad edən, Füzuli, Cəbrayıl, Zəngilanda ermənilərə qan udduran, Vətən sevgisi ilə tarix yazan Azərbaycan igidlərinin qarşısında ayıq başla dayanmaq ağıl işi deyil...


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı