SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5506_-lotu-quli-ni-mubariz-m-nsimovu-oldurm-k-ucun-turk

MARAQLI

Hamısı

“Lotu Quli”ni Mübariz Mənsimovu öldürmək üçün Türkiyəyə gətirdilər...” - Sedat Pekerdən qalmaqallı açıqlama - VİDEO

(2 Yil, 11 Ay öncə) 3,44 B İzlenme 0 Yorum
“Lotu Quli”ni Mübariz Mənsimovu öldürmək üçün Türkiyəyə gətirdilər...” - Sedat Pekerdən qalmaqallı açıqlama - VİDEO

Son günlər qalmaqallı açıqlamaları ilə gündəmə gələn türkiyəli mafiya başçısı Sedat Peker “Youtube” sosial şəbəkəsində növbəti video-müraciətini yayıb.
Yeniavaz.com xəbər verir ki, Sedat Peker əvvəlki video-müraciətində olduğu kimi bu dəfə də “Palmali” şirkətlər qrupunun başçısı Mübariz Mənsimovdan bəhs edib.
Sedat Peker iddia edib ki, azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Sələfovu Türkiyəyə Mübariz Mənsimovu öldürmək üçün gətiriblər.
Mafiya başçısı bildirir ki, Nadir Sələfov polis əməkdaşının öldürülməsi cinayətinə görə Türkiyədən deportasiya olunub. Peker Nadir Sələfovun Türkiyəyə sabiq daxili işlər naziri Mehmet Ağar tərfindən gətirildiyini və məqsədinin Mübariz Mənsimovu öldürtmək olduğunu deyir.
Sedat Peker daha sonra qeyd edir ki, “Lotu Quli” Türkiyədə saxlanılan zaman onu həbsdən Mehmet Ağarın zəngi ilə azad ediblər. Peker “Lotu Quli”nin ölümündə də Mehmet Ağarın əlinin olduğunu söyləyib.
Qeyd edək ki, “Lotu Quli” 2017-ci ildə həbsdən azad olunduqdan sonra Türkiyəyə köçüb. 2020-ci ildə Türkiyədə öldürülən “Lotu Quli”nin bir neçə dəfə Sedat Pekerlə görüşdüyü barədə mətbuatda məlumatlar yayılıb.
Xatırladaq ki, əvvəlki 2 video müraciətdə Peker bildirib ki, Mübariz Mənsimovun həbsində  Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar yaxından iştirak edib: “Sən saxlanılanda həbsxana boşaldılmadımı? Kamerada mühafizə polisləri səninlə birlikdə yatmadımı? Mübariz Mənsimov sənin üçün orada cakkuzi hazırlatmadımı? Orada yatırsan deyə helikopter eniş zolağı tikilmədimi? Sən orada özünü rahat hiss et deyə Türkiyənin böyük iş adamlarını Mübariz helikopterlə ora gətirmədimi? Sən isə Mübarizi həbs etdirib mallarını əlindən aldın”.
Onu da bildirək ki, Peker yayımladığı ilk video-müraciətdə də Mübariz Mənsimovdan danışmışdı. O, “Sən heç bir şey deyilkən Mübariz sənə kömək etdi, öz yanında iş verdi, pul verdi. Sən isə gedib bəzi şəxslərlə əlaqə qurub dünyanın ən dəyərli adamı Mənsimovu həbs etdirdin. Sonra Bodrumdakı milyard dollarlıq mülkünü ələ keçirdin. Mübarizin cinayətkar olduğuna dəli belə inanmaz” - deyə bildirmişdi.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı