SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/547_pasinyan-erm-nistani-surukl-diy-icurumdan-xilas-ed

SON XƏBƏR

Hamısı

Paşinyan Ermənistanı sürüklədiy içurumdan xilas edə bilməyəcək - DEPUTAT ELDƏNİZ SƏLİMOV

(3 Yil, 10 Ay öncə) 544 İzlenme 0 Yorum
Dövlət başçısı İlham Əliyev Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəsini və əldə etdiyimiz uğurları hazırda bərbad vəziyyətdə olan işğalçı Ermənistanla müqayisə etdi.

ÜMİDTV.com:      Dövlət başçısı İlham Əliyev Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəsini və əldə etdiyimiz uğurları hazırda bərbad vəziyyətdə olan işğalçı Ermənistanla müqayisə etdi. Ölkə rəhbəri vurğuladı ki, düşmən ölkə virusla qətiyyən baş edə bilmir, yoluxanların sayı Azərbaycandan qat-qat çoxdur. Artıq Ermənistan bir sıra xarici dövlətlərə yardım üçün müraciət edib. Düşmən ölkədə pandemiyanın yaratdığı acınacaqlı vəziyyət, çökmüş iqtisadi durum və insanların panika içində olması Rusiya və digər xarici KİV-lər vasitəsi ilə də gündəmə gətirilir. Hətta Ermənistan müxalifəti də hökumətin çarəsizliyini vurğulayaraq, Paşinyanı ciddi tənqid edirlər.

Bu sözləri Ümid Tv-yə açıqlmasında Millət Vəkili Eldəniz Səlimov bildirib. 

Millət Vəkili  "Sizcə, belə ağır vəziyyətdə olan bir ölkə nəyə güvənərək hələ də cəbhədə təxribatlara əl atır, atəşkəsi və danışıqlar prosesini mütəmadi pozur, hətta yeri gələndə Azərbaycana “meydan oxuyur”?! Məgər düşmən ölkənin yarıtmaz rəhbərliyi Ermənistanın hərtərəfli uçuruma yuvarlandığının fərqində deyilmi? " sulaına cavab olaraq bildirdi ki:

- Bu, yüz illərdir davam edən və dərmanı, vaksini hələ də tapılmayan "erməni xəstəliyi"ndən, erməni şovinizmindən, erməni nifrətindən, erməni xislətindən irəli gəlir. Onlar elə bir bəlaya, elə bir virusa, elə bir sağalmaz xəstəliyə yoluxub və ya özlərini yoluxdurublar ki, hələ də onun cəngindən, əsatərindən qurtula bilmirlər. Odur ki, orada kim hakimiyyətə gəlir-gəlsin, istər demokrat qiyafəli olsun, istər hərbi cani olsun, fərqi yoxdur, hamısı eyni xətti, eyni fitnəkar və eyni təxribatçı, nasist, faşist, rasist, terrorist siyasəti yeridir. Nasizmi, faşizmi, rasizmi, terrorizmi dövlət siyasəti səviyyəsində qaldırır, daha da gücləndirir. Dediyim kimi, bu, onların "xəstəliyi"ndən, mahiyyətindən, "dəyərləri"ndən irəli gəlir. Bu səbəbdən, guya demokrat, yeni ruhlu, yeni düşüncəli, modern siyasətçi qiyafəsində və libasında hakimiyyətə gəldiyini iddia edən bədnam və sərsəm Nikol Paşinyan da qəddar hərbi xunta rejimin daşıyıcılarından, 20 və 21-ci əsrin hərbi canilərindən, koçaryanlardan, sarqsyanlardan, ohanyanlardan, digər yanlardan fərqlənmir və fərqlənmədi, əksinə, onlardan daha betər, daha avantürist biri kimi özünü çox qısa müddətdə həm ölkə, həm də dünya ictimaiyyətinə tanıtdı...Eyni ritorika, eyni üslub, eyni dəst-xətt...Dəyişən, dəyişəcək heç yoxdur və görünmür... Bildiyiniz kimi, Paşinyan küçə, inqilab, çevriliş yolu ilə hakimiyyətə gələndə Qərbdəki "dayı"larına arxalanaraq, icrası mümkün olmayan fantastik, reallıqdan uzaq vədlərlə gəlmişdi. Xunta rejimindən bezənlər də xilaskar kimi onu görmüş və qəbul etmişdilər. Ancaq cəmi bir neçə aydan sonra digər erməni siyasətçiləri kimi, bu başabəla siyasətçinin də onları aldatdığını, Paşinyanın da digərlərindən fərqlənmədiyini və fərqlənməyəcəyini gördülər, məyusluğa düçar oldular. Tez-tez ölkə daxilində olan lokal qarşıdurmalar da, kükrəyən qəzəb dalğası da məhz Paşinyana olan etimadsızlığın, nifrətin əlamətlərinin göstəricisidir. Ona görə üzərinə gələn və gələ biləcək qəzən dalğasını, böyük təlatümü, fırtınanı səngitmək, başqa istiqamətə yönləndirmək üçün mütəmadi olaraq, illərdir əllərdə cırıq-cırıq olmuş, çürümüş "Qarabağ kartı"ndan, Azərbaycana qarşı təhdid siyasətindən istifadə etməyə çalışır, eyni zamanda, Qarabağdan olan güclü rəqiblərini sıradan çıxarmaq yolunu tutur, onların timsalında böyük bir güclə qarşılaşmaması, siyasi səhnədən silinməməsi üçün həbs, terror taktikasından istifadə edir... O cümlədən, işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz, fitnəkar səfərlərini edir, gah içir, gah oynayır, gah da...Bununla itirilmiş, sarsılmış nüfuzunu bərpa, həm də ona nifrəti olan Qarabağ ermənilərinin dəstəyini, rəğbətini əldə edərək, hakimiyyət ömrünü uzatmaq, sürdürmək istəyir. Amma atalar məsəlində də deyildiyi kimi, cidanı çuvalda gizlətmək olmaz.... Bir gün yalanların, quru, mənasız, sərsəm, boşboğaz, populist və yerinə yetirilməyən bəyanatların, vədlərin cavabını, hesabatını verməli olursan və olacaqsan. Bu, mütləqdir və birmənalıdır. Odur ki, pandemiya vəziyyəti ilə durumu daha da ağırlaşan, çıxılmaz dalana dirənən, uçuruma gedən Ermənistanın, ermənilərin yenidən başını qatmaq. onları aldatmaq üçün növbəti şoularını, növbəti maskaradlarını, növbəti fitnəkarlıqlarını teatrlaşdırmağa çalışır... Ölkə vətəndaşlarını çıxılmazlıqdan, iqtisadi fəlakətdən, getdikcə ağırlaşan güzərandan, koronavirus pandemiyasının cəngindən qurtarmaq əvəzinə, yenidən Azərbaycan dil uzadır, təhdidlər sovurur, ağzından və ağlından gələnləri ətrafa ifraz edir... Ancaq bunlar da işə yaramır, bunlar da artıq işə keçmir. İnsanlar, ölkə vətəndaşları konkret addımlar gözləyir, uçurumdan, fəlakətdən qurtulmanın çıxış yollarının tapılmasını tələb edirlər...Paşinyan nə edir etsin, ucuz şoularla, fintənkar və təxribatçı davranışları ilə nə özünü xilas edə biləcək, nə də dərin uçuruma sürüklədiyi Ermənistanı...Hər gün, hər saat onun və onların zərərinə, hər an, hər saniyə isə daim haqqın, ədalətin yanında olan Azərbaycanın xeyrinə işləyir. Avroparlamentin son bəyanatı, 3 nüfuzlu şəxsin təxribatçı "magistral yol" layihəsi ilə bağlı Ermənistanın ifşasına yönəlik sərt mövqe sərgiləməsi də deyilənləri bir daha təsdiqləyir. Təsdiqləyir ki, artıq kimsə ermənilərin yalançı, saxta timsah göz yaşlarına inanmır, Ermənistanın gizlətməyə çalışdığı işğalçılıq və təcavüzkarlıq siyasətini artıq kimsə gözardı etmək, görməzdən gəlmək istəmir. Bu baxımdan, hələ də gec deyil, hələ də vaxt zaman var, avantürist, xəstə düşüncəli erməni siyasətçiləri, başbilənləri öz fintəkar siyasətlərindən geri çəkilsinlər, işğalçı qoşunları Azərbaycan torpaqlarından çıxarsınlar, ədalətli sülhə razılaşsınlar. Yoxsa, gerçəkdən cavabları çox ağır, çox sarsıdıcı və öldürücü olacaq. O zaman onları kimsə xilas edə, qurtara da bilməyəcək!

Rəhman Cəbiyev Ümid Tv Azərbaycan


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı