SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/522_g-ncl-r-ucun-yay-t-crub-m-kt-bi-layih-sin-start-ve

SON XƏBƏR

Hamısı

Gənclər üçün yay təcrübə məktəbi layihəsinə start verilir - KÖNÜL NURULLAYEVA

(3 Yil, 10 Ay öncə) 1,31 B İzlenme 0 Yorum
1 iyul, 2020-ci ildən başlayaraq Bakının 𝐍𝐢𝐳𝐚𝐦𝐢 𝐫𝐚𝐲𝐨𝐧𝐮𝐧𝐮𝐧 gənc sakinləri üçün yay təcrübə məktəbi layihəsinə start verilir.

ÜMİDTV.com:       Milli Məclisin deputatı, Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi və Gənclər və İdman komitəsinin üzvü Könül Nurullayevanın təşəbbüsü ilə reallaşacaq bu layihə 2 ay davam edəcəkdir.

“Gənclər üçün yay təcrübə məktəbi” 4-cü kurs tələbələri və ali məktəbi yeni bitirən (𝟐𝟎𝟏𝟖, 𝟐𝟎𝟏𝟗 və 𝟐𝟎𝟐𝟎-𝐜𝐢 𝐢𝐥 məzunları), həmçinin tibb təhsilinin rezidentura pilləsində təhsil alan gənclər üçün nəzərdə tutulur.

Belə ki, onlarla gəncə 2 ay ərzində öz ixtisasına uyğun olaraq, müxtəlif dövlət qurumlarında ölkədə tələb olunan karantin qaydalarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişlərinə riayət olunaraq təcrübə proqramı keçiriləcəkdir.

📍Layihənin tərəfdaşları - 𝐀𝐒𝐀𝐍 xidmət, “𝐃𝐎𝐒𝐓” mərkəzləri, Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, 𝐀𝐑𝐃𝐍Ş-ın idarələri, Azərbaycan Sənaye Korporasiyasının Mərkəzi ofisi və Bakı şəhərində yerləşən törəmə müəssisələri, 𝐏𝐚ş𝐚 𝐁𝐚𝐧𝐤, 𝐀𝐜𝐜𝐞𝐬𝐬 𝐁𝐚𝐧𝐤, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, 𝐌𝐨𝐝𝐞𝐫𝐧 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥, İ𝐜𝐭𝐢𝐦𝐚𝐢 𝐓𝐞𝐥𝐞𝐯𝐢𝐳𝐢𝐲𝐚, həmçinin 𝐈𝐓 üzrə nüfuzlu şirkət 𝐂𝐲𝐛𝐞𝐫𝐧𝐞𝐭 𝐌𝐌𝐂, eləcə də digər dövlət və özəl təşkilatlardır.

2 ay ərzində gənclərə təcrübəli, beynəlxalq statuslu təlimçilər tərəfindən məhz tələb olunan karantin qaydalarına əməl olunmaq şərtilə müxtəlif mövzularda təlimlər keçiriləcəkdir. Gənclərin müxtəlif sahələrin tanınmış və nüfuzlu şəxsləri ilə (ictimai-siyasi xadimlər, sənət adamları və s.), eyni zamanda Nizami rayonunda məskunlaşan, 🎓ali məktəblərə qəbul zamanı 700 bal toplayan gənclər ilə görüşləri təşkil olunacaq, onlar öz həyat təcrübələrini, karyera uğurlarını gənclərimizlə bölüşəcəkdir.

Layihənin sonunda tərəfdaşlara kriteriyalar təqdim olunacaq, eyni zamanda bəzi şirkətlərin daxili seleksiya qaydaları çərçivəsində iştirakçıların həmin kriteriyalara uyğunluğu bir daha müəyyənləşdiriləcəkdir. Ən uğurlu nəticə göstərən 20-yə yaxın iştirakçı karantin qaydaları imkan verərsə təlimçilərlə birlikdə Azərbaycanın bölgələrinə göndəriləcəkdir. Orada gənclərimiz həm 1 həftə istirahət edəcək, həm də təlimlər vasitəsi ilə maariflənməni davam etdirəcəkdir.

Layihənin əsas məqsədi ilk növbədə 2020-ci il “Könüllülər ili” ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışlarına töhfə verməkdir.

Bu, eyni zamanda Nizami rayonunda məşğulluqla bağlı daxil olan müraciətlərin həllinə də müsbət təsir edəcək, istedadlı gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların gələcəkdə işlə təmin olunması üçün də bir addım olacaqdır.

𝐊𝐫𝐢𝐭𝐞𝐫𝐢𝐲𝐚𝐥𝐚𝐫:

✅Namizəd Nizami rayonu sakini olmalı

✅Bakalavr və ya magistr dərəcəsi üzrə 2018, 2019, 2020-ci il məzunu və yaxud sonuncu kurs tələbəsi olmalı

✅Bakalavr dərəcəsinə qəbul balı 500-dən yuxarı olmalı

✅Orta bal (GPA) 80%-in üzərində olmalı

✅Orta səviyyədən yuxarı ingilis və (və ya) rus dili bilikləri olan namizədlərə üstünlük veriləcəkdir

Müraciət üçün namizədlərdən 𝐂𝐕-lərini email vasitəsilə 🌐𝐪𝐞𝐫𝐚𝐫𝐠𝐚𝐡@𝐧𝐢𝐳𝐚𝐦𝐢𝟐𝟒.𝐚𝐳 ünvanına göndərmələri xahiş olunur (mövzu hissəsində təcrübə keçmək istədikləri ixtisas/sahə qeyd olunmalıdır).

Yay təcrübə məktəbi üçün müraciətlərin son qəbul olunma tarixi 𝟐𝟔 𝐢𝐲𝐮𝐧 𝟐𝟎𝟐𝟎-ci il, saat 𝟐𝟏:𝟎𝟎-dır.

Əlaqə telefonlarımız aşağıdakı kimidir:

☎️012 422 22 41

📞055 276 23 75


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı