SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/519_mill-t-v-kili-vitse-spiker-adil-liyev-olik-d-koron

SON XƏBƏR

Hamısı

Millət vəkili, Vitse Spiker Adil Əliyev, ölıkədə Koronavirusla bağlı mövqeyini ictimaiyyətlə bölüşüb - PAYLAŞIM

(3 Yil, 10 Ay öncə) 1,41 B İzlenme 0 Yorum
Bu barədə Milli Məclisin Vitse Spikeri Adil Əliyev facebook profilində paylaşım edib.

ÜMİDTV.com:    Real hadisələrlə və  Koronavirus pandemiyası ilə bağlı gündəlik şəxsi facebook səhifəsində məlumatlar paylaşan, hadisələrə real münasibət sərgiləyən Milli Məclisin Vitse Spikeri Adil Əliyev, bu gün də şəxsi facebook profilində dünyanı cənginə alan Koronavirusla bağlı münasibətini açıqlayıb. 

Millət vəkili, Vitse Spiker Adil Əliyevin paylaşımını olduğu kimi dərc edirik. 

"Hər yerdə olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə davam edir. Keçən aylarda bu mübarizədə uğurlarımız var idi, karantin qaydalarının tətbiqi nəticəsində xəstələrin sayını və ölüm hallarını aşağı səviyyədə saxlamaq mümkün idi. Ancaq karantin qaydalarını uzatmaq iqtisadiyyatımızın problemlərini artıra bilərdi, iş yerlərinin açılması və ticarətin başlanması zəruri idi. Ancaq may ayının ortalarından başlanan yumşalma xəstə sayını yenidən artırdı. Vəziyyət o həddə çatdı ki, mart və aprel ayında gündəlik xəstə sayı 40-50 civarında idisə, mayın sonu və iyun ayının başlanğıcında say 3 rəqəmliyə keçdi və hazırda xəstə sayı 250-350 civarında dəyişir. Bu baxımdan yenidən sərt tədbirlər görülməsəydi vəziyyət nəzarətdən çıxa bilərdi. Bu isə o demək olacaqdı ki, mövcud xəstəxanalarımızda boş yer qalmayacaqdı. Nazirlər Kabineti yanında Operativ Qərargah şənbə və bazar günlərində vətəndaşlara evdən çıxmağı qadağan etdi. Başqa alternativimiz yox idi. Qardaş Türkiyə də bir neçə ay bu üsuldan istitafə edib və müsbət nəticələrini görüb. İnanıram ki, şənbə və bazar qadağasının yaxın günlərdə müsbət nəticəsini biz də görəcəyik.

Vətəndaşlarımızın mütləq əksəriyyəti şənbə və bazar günü bayıra çıxmaq qadağasına riayət etdi. Çünki hamımız başa düşürük ki, sərtləşən qaydalar özümüzü, ailə üzvlərimizi və bütövlükdə Azərbaycanımızı qorumaq üçündür. Ancaq təəssüf ki, xoşagəlməz hallarla da üzləşdik.

Birincisi, Operativ Qərargah şənbə və bazar günü qadağasını ötən həftənin əvvəlindən elan etmişdi. Yəni iki gün qadağasına riayət etmək üçün ərzaq tədarükü görmək üçün kifayət zaman var idi. Ancaq Cümə günü marketlərdə növbələr yarandı, çörək piştaxtaları boşaldı. Əlbəttə, böyük ailələr var və onlar iki günlük çörək tədarükü görməli idilər. Ancaq internetdə yayılan bir görüntüyə reaksiya verməyə bilmərəm. Taxta səbətdəki çörəklər dükanın qapısından içəri keçməyə macal tapmadan havada uzanan əllər tərəfindən anında boşaldılırdı. Kim əlinə nə qədər çörək yığa bilirdisə, o qədər daşıyırdı. Azərbaycan müharibə şəratindədir və hər zaman da vurğulayırıq ki, torpaqlarımızı işğaldan azad etmək üçün savaşa hazır olmalıyıq. Müharibə şəraitində isə hər bir çətinliyə və sınağa dözməli olacağıq. 2016-cı ildə 4 günlük savaş günlərində həmin sınaqdan üzüağ çıxdıq. Savaş yenə olarsa növbəti sınaqdan da üzüağ çıxmalıyıq. Odur ki, dükanlarda çörək piştaxtalarının boşaldılması görüntüsü bizə yaraşmadı. İki gün keçib və marketlər yenə açıqdır, kimsə çörəksiz və ya ərzaqsız qaldımı? Bu sual Cümə günü torbalarını yiyə bilməyəcəyi qədər çörək və ərzaqla dolduranlara aiddir. Nəzərə alın ki, bu həftənin sonunda da növbəti dəfə bayıra çıxmaq qadağası tətbiq oluna bilər. Eyni görüntülərin təkrarlanması bizə başucalığı gətirməyəcək. Bununla bərabər düşünürəm ki, eyni səhvin təkrarlanmaması üçün insanlarımız arasında təbliğat işinin gücləndirilməsinə ehtiyac var. Unutmayaq ki, düşmən də bu görüntüləri izləyir və informasiya savaşında bizə qarşı istifadə edə bilər.

İkincisi, şənbə və bazar günü qadağası polisimizin üzərinə böyük məsuliyyət qoyurdu. Çünki polis karantin qaydalarının riayətinə nəzarət etməli idi. Məsuliyyətli vətəndaşlarımız kimi polisimiz də bu sınaqdan üzüağ çıxdı. Ancaq qaydalara riayət etməmyənlər və aranı qarışdırmaq istəyənlər yenə tapıldı. İnternetdə yayılan görüntülərin birində polis qanuna raiyət etməyən vətəndaşımızı polis məntəqəsinə aparmaq istədikdə müqavimətlə üzləşir, bəziləri eyvandan polislərin üzərinə müxtəlif əşyalar atırlar. Polisə iş başında müqavimət göstərmək, onun üzərinə əşyalar atmaq, söymək dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qanun pozuntusu sayılır. Bunu edənlər düşünməsinlər ki, cəzasız qalacaqlar. Bir neçə gün əvvəl metroda da bənzər olay baş vermişdi. Qərar qəbul olunub ki, metroda maska geyinilməlidir, virusdan ancaq bu cür qorunmaq olar. Polis maskasız vətəndaşı vaqondan çıxartmağa çalışdıqda bir neçə nəfər polisə müqavimət göstərdi. Daha sonra həmin şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olundular. Eləcə də bazar günü polisin üzərinə müxtəlif əşyalar atanlar müəyyənləşdirilərək məsuliyyətə cəlb olunublar. Çünki bu tədbirlər görülməsə qanunlarımızı heçə saymış olarıq və başqaları da qanunsuz əməllərinə görə cavabdeh daşımayacaqlarını düşünə bilərlər. Fədakar polislərimiz bizlərdən biridirlər, qanunun keşiyində dayanıblar, hər zaman bizə əl tutmağa da hazırdılar. Təsadüfi deyil ki, şənbə və bazar günləri yayınlan görüntülərdə polisimizin nümunəvi hərəkətləri ilə yadda qaldı. Polis maşını ilə yoldan keçən yaşlı qadının bacısının dəfninə aparılmasından tutmuş, piştaxtaların boşaldılması səbəbindən çörək almağa macal tapmayan vətəndaşımızın evinə çörək aparan polisimizə qədər müsbət nümunələr gördük. Ancaq kim ki, bu iki gündə qaydalara riayət etməyib, qadağalara məhəm qoymayıb, polisə müqavimət göstərib, onlar məsuliyyətə cəlb olunublar. Biz hüququ dövlətdə yaşayırıqsa, qanunlara tabe olmalıyıq. Polis isə qanun keşikçisidir.

Radilkal müxalifət bu məsələdə də öz simasını göstərdi. Dünəndən polisə müavimət görüntülərini “qəhrəmanlıq nümunəsi” kimi intetnetdə yayırlar və şərhlərdə nalayiq ifadələr işlədirlər. Metroda məlum hadisə baş verəndə xaricdə kök salmış saytlardan biri görüntünü sevincək halda “polisi vaqondan qovdular” başlığı ilə yaydı. Amerikada kök salmış radikal müxalifətin nümayəndələrindən biri isə Yeni Yasamalda polisə müqavimət görüntüsünü alman faşistlərinin əməlləri ilə “müqasiyə” edib. Həmin radikal yaşadığı Amerikada qaradərilinin polis tərəfindən vəhşicəsinə öldürülməsinə reaksiya vermək əvəzinə, polis soydaşını ləkəlməyə çalışır. Keçməz. Azərbaycan polisi vətəndaşı qanuna riayət etməyə çağırır, bu olmadıqda qanunun ona verdiyi imkanlar çərçivəsində hərəkət edir, daha amerikal polis kimi boğulana qədər kiməsinin boğazını sıxmır.

İstənilən hakimiyyət qanun-qaydanın yaradılmasına və bunu təmin edən güclü polisin olmasında maraqlıdır. Siz necə hakimiyyətə iddialısınız ki, polisə müqaviməti və bununla aşkar qanunsuzluğu dəstəkləyirsiniz? Demək siz qayda-qanunda deyil, anarxiyada maraqlısınız. Həmin anarxiyanı cəmiyyətimiz sizin 1990-cı illərin əvvəllərində hakimiyyətdə olduğunuz qısa dövrdə gördü və bir daha təkrarlanmasını istəmir. Əgər siz vətəndaşınısızı düşünürsünüzə, insanları polisə müqavimət göstərməyə, xaos yaratmağa deyil, virusun yayıldığı dövrdə insanları maska taxmağa və sosial məsafəni qorumağa dəvət etməliydiniz. Ancaq siz bu adi çağışışı da etmirsiniz, çünki sizin dərdiniz insanlarımızı qorumaq deyil, ölkəni xaosa və anarxiyaya sürükləməkdir. “Dövlətin və xalqın problemləri nə qədər artarsa, bizim üçün bir o qədər yaxşı olar” – bu sizin həyat prinsipinizdir və dəyişməz olaraq qalır. Ancaq nahaq əziyyətdir. Əlbəttə, ölkəmizdə hər şey ideal deyil, müəyyən qüsurlar var, onlarla mübarizə aparılır. Sizin siyasətiniz isə bizi keçmişə qaytarmağa köklənib, bunu isə mütləq çoxluq istəmir".


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı