SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5160_israilli-politoloq-covax-daki-ayri-seckilik-iyr-nc

SAĞLAMLIQ

Hamısı

İsrailli politoloq: "COVAX-dakı ayrı-seçkilik iyrənclikdir"

(2 Yil, 2 Ay öncə) 912 İzlenme 0 Yorum
İsrailli politoloq: "COVAX-dakı ayrı-seçkilik iyrənclikdir"

ÜMİDTV:    “COVAX platforması üzərindən peyvənd dərmanı tədarükündə üzə çıxan ayrı-seçkilik mənə qətiyyən təəccüblü gəlmədi”.

Bunu israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel bildirib.

Onun fikrincə, səhiyyə kimi bütün insanlar üçün mühüm məsələdə belə ayrı-seçkiliyə yol verilməsi iyrəncdir”.

“İnsanların bərabərliyi, beynəlxalq hüquq, BMT Nizamnaməsi haqqında bəlağətli fikirlər, irqçilik və nasizm kimi bəlalardan guya təfəkkürcə uzaqlaşdığımıza dair mülahizələr boş sözbazlıqdan başqa bir şey deyil. Bildiyimiz kimi, əməl sözdən irəlidir. Halbuki əməldə islam qorxusunu, azərbaycanlılara, türklərə qarşı düşmənçiliyi görürük. Bunlar göz qabağındadır. Bu kimi davranışlar şəxsən məndə qəti etiraz doğurur”, – hüquqşünas deyib.

O, bu gün də dünya ölkələrinin birinci, ikinci, üçüncü dərəcəyə bölündüyünü söyləyib.

“Nə irqçilik, nə dini ayrı-seçkilik, nə də dini qərəzçilik harasa yox olub gedib. Azərbaycanı da yalnız əhalisi əsasən müsəlman olduğuna görə sevmirlər. Bunlar mənə İsrailə və yəhudilərə qarşı dünyada özünü göstərən antisemitizmi xatırladır. Bu mənada sizi çox yaxşı başa düşürük. Azərbaycana bu və ya hər hansı başqa platformadan xoş münasibət gözləmədən birbaşa İsrailə müraciət etməyi məsləhət görərdim. Bizdə “Pfizer” dərmanından çox böyük, 15-16 ölkəyə bəs edəcək ehtiyat var. Azərbaycana da İsrail həmişə kömək olub”, – M.Finkel vurğulayıb.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı