SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5393_deputat-h-kiml-rin-mudafi-sin-qalxdi-haqsizliq-edi

SAĞLAMLIQ

Hamısı

Deputat həkimlərin müdafiəsinə qalxdı: "Haqsızlıq edilir"

(2 Yil, 0 Ay öncə) 1,37 B İzlenme 0 Yorum
Deputat həkimlərin müdafiəsinə qalxdı: "Haqsızlıq edilir"

ÜMİDTV:    “Həkimlərin sertifikasiya imtahanını bu çətin peşə sahiblərinə haqsızlıq kimi qiymətləndirirəm. Düşünürəm ki, 2020-ci ildən bugünədək pandemiya ilə mübarizə aparan, 44 günlük müharibədə əldə edilmiş zəfərdə kifayyət qədər əziyyəti olmuş həkimlərimiz üçün sertifikasiya imtahanı ləğv edilməlidir. Son iki ilin bütün yükünü səhiyyə işçiləri daşıdı. Hətta onların bir qismini pandemiya dövründə və müharibədə itirdik. Cəmiyyəti ayaqda saxlayan əsas sütunlardan biri də səhiyyədir. İnsanların sağlamlığının qayğısını çəkmək olduqca vacibdir. Hər iki müharibədə canını heçə sayan neytral zonadan yaralı çıxardan, COVID-lə mübarizədə gecəsini-gündüzünə qatanlara qarşı haqsızlıq edilir. Buna cəmiyyət olaraq etiraz etməliyik, bu onlara olan mənəvi borcumuzdur”.

"Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat hesab edir ki, sertifikasiya ilə nə həkimlərin bilik səviyyəsini yüksəltmək, nə də tibb sahəsində mövcud olan qüsurları aradan qaldırmaq mümkündür:

“Ümumiyyətlə qanunla Səhiyyə Nazirliyi işə götürən və həkimləri testdən keçirən qurum kimi çıxış edə bilməz. Azərbaycan qanunvericiliyinə görə, tibb sahəsində təhsil almış və internaturanı keçmiş bütün şəxslərin ölkə ərazisində həkim işləmək hüququ var. Bunu heç kim məhdudlaşdıra bilməz. Əslində bütün dünyada həkimliyin göstəricisini müəyyən edən həkimlər assosasiyalarıdır. Məsələn, dünya ölkələrində stomotoloqlar assosasiyası, terapevtlər, kardioloqlar assosasiyası və s. var. İctimai peşə təşkilatları yeni tibb sahəsini bitirmiş şəxsi üzv qəbul etməzdən əvvəl həmin şəxs imtahan verir, onun peşəkarlığı yoxlanılır, sonra üzv qəbul olunur. Bundan sonra onlar həkim fəaliyyəti ilə məşğul ola bilərlər. Bizdə isə bu səlahiyyəti nazirlik üzərinə götürüb. Əslində isə nazirlik bunu edə bilməz. Hüquqi baxımdan da ziddir. Belə ki, bildiyimiz kimi Əmək Məcəlləsinə görə işçi işə qəbul olunandan 1 il sonra attestasiyadan keçirilə bilər və o üç dəfə attestasiyadan keçdikdən sonra ömrünün sonuna kimi nə qədər işləsə, bir daha bu prosesə cəlb edilmir. Çünki artıq o sübut edir ki, bu işi bilir. 25-30 il işləyən həkimi attestasiya etmək isə heç xoş hal deyil. Yeni qəbul olunanları sertifikatlaşdırmaq isə başqa məsələdir. Bəli mən də bununla razıyam, amma bunu da Səhiyyə Nazirliyi etməməlidir. Digər tərəfdən sertikfiasiya bir növ unversitetin verdiyi diplomu tanımamaq və ya diplomu alıb adi bir sertifikat təqdim etməkdir”.

“Ümumiyyətlə əgər imtahan olsa belə bu tibbi xidmətin yaxşılaşdırılmasına yönəlmiş hər hansı təkmilləşdirmə kursundan sonra olsun. Əgər 35 il əvvəl kimyanı keçən həkim hər hansı kimyəvi termini yadında saxlamayıbsa, bu onun pis həkim olduğunu göstərmir. Sertifikat məhsula verilir. Yaxud insana hansısa kursda iştirakından sonra təqdim olunur. Sertifikat vermək niyyəti varsa müvafiq qurumun o halda həkimlər üçün ixtisasları üzrə təkmilləşdirmə kursları təşkil etsin və ya xarici ölkələrə təcrübə mübadiləsinə göndərsin", - deputat bildirib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı