SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4055_dtx-d-n-xususi-m-liyyat-az-rbaycanda-koronavirusla

SAĞLAMLIQ

Hamısı

DTX-dən xüsusi ƏMƏLİYYAT:Azərbaycanda koronavirusla bağlı vahimə yaradan həkim tutuldu – VİDEO+FOTO

(2 Yil, 2 Ay öncə) 1,18 B İzlenme 0 Yorum
DTX-dən xüsusi ƏMƏLİYYAT:Azərbaycanda koronavirusla bağlı vahimə yaradan həkim tutuldu – VİDEO+FOTO

ÜMİDTV:     Son günlərdə sosial şəbəkələrdə Azərbaycanda koronavirusun üçüncü dalğasının daha qorxulu və acınacaqlı olacağı, bu mərhələdə uşaqların kütləvi yoluxacağı və onlar arasında çoxsaylı ölüm hallarının baş verəcəyi, eləcə də xəstə uşaqların qəbulu üçün xəstəxanalarda hazırlıq işlərinin aparıldığı barədə səs yazısı yayılmışdır.

Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, həmin səs yazısı həkim tərəfindən paylaşıldığından vətəndaşlar arasında vahimə və təşviş doğurmaqla yanaşı, cəmiyyətdə dövlətin koronavirusla mübarizə tədbirlərinə inamsızlığa şərait yaratmışdır.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılmış araşdırmalar nəticəsində vətəndaşlar arasında çaşqınlığa və əsassız narahatlığa səbəb olmuş həmin xəbəri paylaşan şəxsin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi, hazırda koronaviruslu xəstələrin müalicəsi ilə əlaqədar Qobustan Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuş 1974-cü il təvəllüdlü Məcidova İlahə Telman qızı olduğu müəyyən edilmişdir.

İlahə Məcidova özünün səhv mülahizələrinə əsaslanan səs yazısını paylaşmasından peşman olduğunu, koronavirus pandemiyası ilə əlaqədar indiki həssas bir dönəmdə bu hərəkətinin doğura biləcəyi ağır nəticələr barədə düşünmədiyini etiraf edərək ictimaiyyətdən üzr istəmişdir.

İlahə Məcidovanın məsuliyyətə cəlb edilməsi məsələsi qanunvericiliyə uyğun qaydada həll olunacaqdır.

Bir daha sosial media təmsilçiləri və sosial şəbəkə istifadəçilərindən koronavirus pandemiyası ilə bağlı məlumatları bölüşərkən diqqətli olmağı, qeyri-rəsmi və dəqiqləşdirilməmiş xəbərlərin yayılmasına yol verməməyi, yalnız aidiyyəti dövlət qurumlarının məlumatlarına etibar və istinad etməyi xahiş edirik.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı