ÜMİDTV.com: Qərara alınıb ki, Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019-2020-ci il mövsümü başa çatdırılsın. Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunsun.
Yüksək Liqa ilə bağlı məsələyə isə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, növbəti həftələrdə baxılacaq.