SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/497_unvanli-sosial-yardim-almaq-indi-daha-asan-olacaq

SON XƏBƏR

Hamısı

Ünvanlı sosial yardım almaq indi daha asan olacaq

(3 Yil, 11 Ay öncə) 1,13 B İzlenme 0 Yorum
Bundan sonra ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi sosial yardım təyinatından imtinaya və ya ailəyə təyin edilmiş yardımın ödənişinin dayandırılmasına səbəb olmayacaq.

ÜMİDTV.com:    Ailənin tərkibində deyil, yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq.

“Ailənin gəlirlərində baş verən dəyişiklik barədə məlumat verilməsi üçün müddət də uzadılır, ailə bu barədə artıq 5 iş günündən 15 iş gününə qədər məlumat verə biləcək. Həmçinin sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da layihədə yer alıb.” - Nüranə Həsənova baş məsləhətçi

Eyni zamanda, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihəsi də artıq hazırdır.

“Bu qaydalarda da ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumi götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması nəzərdə tutulub. Hazırda ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti 10 faizdən çox olduqda sosial yardım təyinatından imtina edilir. “ - Nüranə Həsənova baş məsləhətçi

Daha bir yenilik kimi, ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayı da əhəmiyyətli dərəcədə azaldılacaq. Yəni müraciət zamanı ailəni təmsil edən şəxsin sosial yardım üçün müraciət edəkən onun özünün və ailə üzvlərinin pensiya, müavinət, təqaüd və s. ilə təmin edilib-edilmədiyinə dair məlumatları daxil etməsinə ehtiyac qaımayacaq. Beləliklə, həm ünvanlı sosial yardımın aztəminatlı ailələr üçün əlçatanlığı asanlaşacaq, həm də ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılacaq.

(Mənbə: metbuat.az)


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı