SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/489_m-hdudlasdirici-t-dbirl-r-ilk-novb-d-v-t-ndasin-t-

SON XƏBƏR

Hamısı

Məhdudlaşdırıcı tədbirlər ilk növbədə vətəndaşın təhlükəsizliyinin təminatına yönəlib-DEPUTAT KÖNÜL NURULLAYEVA

(3 Yil, 10 Ay öncə) 1,09 B İzlenme 0 Yorum
COVID 19 pandemiyası ilə mübarizə hələ uzun müddət davam edəcək. Çünki Ümumdünya Səhiyyə Təşkilatının da bəyan etdiyi kimi, vaksin tapılmayana qədər virusla birgə yaşamağa vərdiş etməliyik. İnfeksiyanın yayılma dinamikasından asılı olaraq, dünya dövlətlərində karantin qaydalarında mərhələli şəkildə müəyyən yumşalmalar da tətbiq olunur. Azərbaycanda da artıq bir neçə dəfə məhz sanitar-epidemioloji vəziyyətdən asılı olaraq, yumşalmalar tətbiq olunub.

ÜMİDTV.com:   Məlumdur ki, hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində bu vaxta qədər vəziyyəti nəzarətdə saxlamaq mümkün olub. Elə karantin rejimindən mərhələli çıxmaq planı da dövlətin həyata keçirdiyi preventiv tədbirlərin uğurlu nəticələri sayəsində mümkün olub. Lakin son yumşalma tədbirlərindən sonra  təəssüflər olsun ki, xəstəliyin dinamikasında artım müşahidə olunmaqdadır. Bu isə haqlı olaraq qısamüddətli məhdudlaşdırma qaydalarının tətbiqini zəruri edir. Çünki bu məhdudlaşdırıcı tədbirlər ilk növbədə vətəndaşın sağlamlığına, onun təhlükəsizliyinin təminatına yönəlib. Qapanmanın yalnız həftə sonu - 2 günü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının, həmçinin tibbi spirt və maska ehtiyatımızın olması bir daha göstərir ki, narahatlıq üçün heç bir əsas yoxdur. Sadəcə, indiki vəziyyətdə hər bir vətəndaş sosial izolyasiya qaydalarına əməl etməli, qoruyucu vasitələrdən vaxtında və düzgün istifadə etməlidir. Cənab Prezidentin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır.

Artıq tibb mütəxəssisləri də bəyan edib ki, qısamüddətli qapanmanın nəticəsini biz yalnız 7-14 gün ərzində görə biləcəyik. Bu, o deməkdir ki, ölkəmizdə virusun yaratdığı təhlükəli vəziyyət vətəndaşların məsuliyyətindən asılı olaraq dəyişəcək. Vəziyyətin mənfi və ya müsbət istiqamətə dəyişməsi isə bizdən asılıdır. Biz qaydalara düzgün riayət etməklə, məsələyə ciddi yanaşmaqla qısa müddətdə virusun yaratdığı bütün mümkün təhlükələrin qarşısını ala bilərik.

Könül Nurullayeva, Milli Məclisin deputatı   (Mənbə: Qafqazinfo)


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı