SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/329_r-hman-c-biyevin-mubariz-m-nsimovla-bagli-muraci-t

SON XƏBƏR

Hamısı

Rəhman Cəbiyevin Mübariz Mənsimovla bağlı MÜRACİƏTİ

(3 Yil, 11 Ay öncə) 1,62 B İzlenme 0 Yorum
Ümid Tv-nin rəhbəri Rəhman Cəbiyev Mübariz sevərlərə müraciət ünvanlayıb.

ÜMİDTV.com:      Əziz Azərbaycan xalqı, dəyərli Türkiyə vətəndaşları, sevimli Mübarizsevər Azərbaycanlılar.

Azərbaycanımızın fəxr edəsi övladları çoxdur. Bu yaxınlarda Azərbaycanımızın fəxri olan Mübariz Mənsimovun qardaş Türkiyədə həbs olunması, bir azərbaycanlı olaraq məni də çox kədərləndirdi. O Mübariz ki, dünyanın dəniz səmasında daim Azərbaycanın və Türkiyənin bayraqlarını dalğalandırıb, ehtiyacı olanların səsinə səs verib, yüzlərlə xəstələrin müalicə xərclərini qarşılayıb, Türkiyədə Azərbaycanlı tələbələrin yüksək təhsilə sahib olmaları üçün onlara dəstək olub, mənzilə ehtiyacı olanlara mənzil bağışlayıb və bütün dünyada Azərbaycanın təssübünü çəkib. Belə bir şəxsiyyətin hansısa terror qruplaşması ilə əlaqədə olmasına biz də inanmırıq və  bir azərbaycanlı  olaraq belə bir halın mövcud olmasını ağlımıza  belə gətirmirik. Düşünürük ki, bu məsələdə hardasa bir anlaşmamazlıq var. Qardaş Türkiyənin hüquq sisteminin ədalətinə güvənirik. Onu da qəbul edirik ki, hardasa şübhə doğuran hallara aydınlıq gətirilməsi, yalnız aparılan obyektiv istintaq araşdırması nəticəsində üzə çıxarıla bilər. Bir Azərbaycanlı olaraq nə qədər bunu qəbul etməsək də, Mübariz bəyin həbs olunması ilə razılaşmasaq da, irəli sürülən ittihamların Mübariz Mənsimovla heç bir əlaqəsinin olmamasını dilə gətirsək də, yenə də qardaş Türkiyə dövlətinin Qanunlarına, öz ölkəmizin Qanunları qədər hörmətlə yanaşmaq borcumuzdur.

Yaranan vəziyyətdən sui-istifadə edənlər də çoxdur. Əsasən də ölkə xaricində olanlar bu vəziyyətdən yararlanmağa cəhd göstərirlər. Sosial şəbəkədə xoşagəlməz şüarlarla statuslar paylaşanlar kifayət qədərdir. Unutmayaq ki, biz hüquqi dövlətdə yaşayırıq və Azərbaycanlıyıq. Atddığımız hər bir addım, səsləndirdiyimiz hər bir fikr, paylaşdığımız hər bir status, bizdən daha da  diqqətli və məsuliyyətli  olmağı tələb edir.  Mübariz Mənsimova dəstək şüarları iki qardaş ölkənin münasibətlərinin əksinə xidmət etməməlidir. Azərbaycan Türkiyə qardaş ölkələrdir. Gəlin birlikdə səbrlə qardaş Türkiyə dövlətinin rəsmi münasibətini və aparılan istintaqın nəticəsini gözləyək. Şüarımız yalnız Mübariz Mənsimova dəstək şüarı olmalıdır. Başqa heç bir xöşagələməz şüarlar səsləndirməyə haqqımız yoxdur. Bundan sonra yayımlanacaq kadrlarımız yalnız Mübariz Mənsimova dəstək xarakterlidir. Onun hər iki ölkə üçün xidmətlərini nümayiş etdirmək bizim ona sivil dəstəyimizi nümayiş etdirməkdir.

Ümid Tv Azərbaycan kanalının rəhbəri olaraq, hər birimizi səbrli və təmkinli olmağa çağırılram !


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı