SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/327_mubariz-m-nsimovu-mudafi-ed-nl-ri-erm-nil-rin-dost

SON XƏBƏR

Hamısı

MÜBARİZ MƏNSİMOVU MÜDAFİƏ EDƏNLƏRİ ERMƏNİLƏRİN DOSTU ADLANDIRANLAR AZƏRBAYCANLI OLA BİLMƏZ ! – Rəhman Cəbiyev

(3 Yil, 11 Ay öncə) 7,53 B İzlenme 0 Yorum
MÜBARİZ MƏNSİMOVU MÜDAFİƏ EDƏNLƏRİ ERMƏNİLƏRİN DOSTU ADLANDIRANLAR AZƏRBAYCANLI OLA BİLMƏZ !

ÜMİDTV.com:    Son zamanlar bəzi internet saytlarında, hazırda Türkiyədə Feto/Pyd istintaq araşdırması səbəbindən həbsdə olan Azərbaycanlı xeyriyyəçi iş adamı Mübariz Mənsimov haqqında xoşagəlməz məlumatlar tirajlanmaqdadır.

Əziz oxucular !

Ən acınacaqlısı odur ki, Mübarizi şəxsən tanımayan, həyat yoluna bələd olmayan, gözükor olmuşlar kimi onun,  Azərbaycan və Türkiyə dövlətləri üçün nələr etdiyini, Azərbaycan və Türkiyəni dünyada hansı yolla tanıtdırdığını, neçə-neçə xəstələrin şəfa mənbəyi olduğunu, evsizə ev bağışladığını görməzdən gələnlər, erməni təxribatına kölə olmaqla, Mübariz Mənsimovun haqqında həqiqətə uyğun olmayan yazıları öz saytlarında dərc etməkdə davam edirlər. Əslində həmin yazarlar bilərəkdən Mübariz Mənsimovu dəstəkləyənlər arasında süni çaşqınlıq yaratmaqla, ictimaiyyətin diqqətini bu məsələdən yayındırmağa çalışırlar. Hal bu ki, həmin saytlar və saytın yazarları, bu hərəkətləri ilə özləri də bilmədən erməni təxribatının köləsinə çevrilirlər.

Bəlkə də bu yazını dərc etməzdim. Çünki sözügedən tipdə olan yazarlara sadəcə yazığım gəlir. Ona görə yazığım gəlir ki, bu məxluqlar kimlərinsə təsiri altında, nəyinsə müqabilində belə xoşagəlməz yazıları dərc edib tirajlayırlar. Tirajladıqları həqiqətə uyğun olmayan məlumatların, əslində təxribat xarakterli olduğunu heç özləri də anlamırlar. Çünki belələri, sözün əsil mənasında yazar deyillər.

Təsəvvür edin ki, Mübariz Mənsimov həbs olunan tarixdən bu günə qədər, sayı-hesabı bilinməyən qədər Azərbaycanlılar dünyanın hər yerindən etiraz səslərini ucaldırlar. Eyni zamanda azərbaycanlılarla yanaşı  Türkiyə vətəndaşlarından olan insanlarda məlum hadisəyə etiraz edərək tezliklə ədalətin bərqərar olunacağını bəyan edirlər.

İndi fikir verək, bu qədər insanı erməninin dostları adlandırmaq nə dərəcədə düzgün bir yanaşmadır və ya bir azərbaycanlı iş adamını müdafiə edən böyük bir insan ordusuna ermənipərəst demək, qanı azərbaycanlı qanı olan bir yazar belə bir xoşagəlməz anlayışdan istifadə edərmi ?

Düşünürəm ki, əsil azərbaycanlı belə bir ifadəni dilinə belə gətirməz !

Lakin Azərbaycanımızda yaşayan bəzi yazarlar saytlarda məhz bu ifadələrlə yazılar dərc etməkdə davam edirlər.

Həmin şəxslərə sadəcə bir söz demək istəyirəm. Tarix sübut edir ki, sizin kimilər daha əvvəllər də mövcud olub və eyni düşüncə ilə təbliğat kompaniyası aparıblar. Məhz sizə bənzərlərin ucbatəndan həmin vaxtlar  Zəngəzurumuz, Göyçəmiz ermənilərin tapdağı altına keçdi. Bu gün də sizin kimlərin üzündən torpaqlarımız işğal altındadır. Çünki, yıxılana balta vuranların, azərbaycanlıya erməni deyənlərin, öz azərbaycanlısını müdafiə etmək əvəzinə onu haqsız ləkələməyə çalışanların vətəni olmur !

İstərdim ki, hər kəs bilsin.

Biz sadəcə əslən Azərbaycanlı olan, min bir əziyyətlə halal imkanlara sahib olan, xəstələrin səsinə səs verən, evsizə ev verən, Azərbaycan kimi bir dövlətin bayrağını  dəniz səmalarında bütün dünyada tanıtdıran, Azərbaycan və Türkiyəni dünya miqyasında təbliğ edən nümunəvi bir Azərbaycanlı iş adamının azadlığa qovuşması üçün Türkiyə dövlətinə müraciət edirik.

Məqsədimiz yalnız budur !

Sosial şəbəkələrdə, xoşagəlməz rəylər yazanlar, təhqir edənlər, bu və ya digər formada aqressiv müraciət edənlər, yalnız təxribat törətmək düşüncəsində olanlardır, həmin şəxslər iki qardaş ölkə arasında nifağ salmağa cəhd edən təxribatçılardır. Biz həmin şəxslərin hərəkətlərini qətiyyətlə pisləyirik və ictimaiyyəti həmin təxribatçılara əhəmiyyət verməməyə çağırırıq.

Mən, və mənim kimi düşünənlər, Türkiyə dövlətinin hüquq sisteminin ədalətinə güvənirik və əminik ki, Mübariz Mənsimov kimi bir şəxsiyyətin hər hansı bir terror qruplaşması ilə əlaqəsinin olmamması qısa bir zamanda tam sübuta yetəcək. Mübariz Mənsimovun tezliklə azad olacağına inanırıq.

Ona da inanırıq ki, təxribat düşüncəli yazarların həmin vaxt Mübariz Mənsimov haqqında tərif dolu yazılarının şahidi olacağıq. Çünki onaların xarakterik peşəsi məhz bundan ibarətdir.

Hörmətlə

Rəhman Cəbiyev / ÜmidTv


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı