SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/325_umid-tv-nin-r-hb-ri-r-hman-c-biyev-mubariz-m-nsimo

SON XƏBƏR

Hamısı

Ümid Tv-nin rəhbəri Rəhman Cəbiyev Mübariz Mənsimovu dəstəkləyənlərə müraciət edib

(3 Yil, 11 Ay öncə) 7,57 B İzlenme 0 Yorum
Mübariz Mənsimovun ətrafında nələr cərəyan edir ?

ÜMİDTV.com:     Hazırda Türkiyədə həbsdə saxlanılan, Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovla bağlı xoşəgəlməz hərəkətlərin davam etməsi səbəbindən Ümid Tv Azərbaycan kanalının rəhbəri Rəhman Cəbiyev Mübariz Mənsimovu dəstəkləyənlərə müraciət edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik.

Əziz həmvətənlər!

Dəyərli dostlar!

Hər birinizdən bu müraciətimi sona qədər dinləməyi xahiş edirəm. Mən Mübariz Mənsimovun günahsız olduğuna inanıram və əminəm ki, bu yaxınlarda ədalət yerini tapacaq.

Bilirsiniz ki, artıq neçə müddətdir ki, Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimov Feto istintaq araşdırması səbəbindən həbsdə saxlanılır. Aydınıdr ki, Mübariz Mənsimovun  həbs olunması xəbəri, istər Azərbaycanda, istərsə də Türkiyə ictimaiyyətində bir mənalı qarşılanmadı. Mübariz Mənsimovu cani könüldən, sevərək dəstəkləyənlər də oldu, Mübariz Mənsimovun müdafiəsi adı altında xal qazanmağa çalışanlar da oldu. Hər birinizə məlumdur ki, Mübariz bəyin bu ağır günündə onun həbsi ilə bağlı müdafiə adı altında reytenq qazanmaq istəyənlərin fəaliyyətləri bu gün də davam edir. Nə yazıq ki, həmin qrupdan olan məqsədyönlü  şəxsləri Mübariz bəyin ətrafında olan yaxın insanlar da dəstəkləyirlər. Mübariz bəyin ətrafında olan şəxslərin bəziləri onun haqsız həbs olunması ilə barışmayıb emosiyalara qapanaraq həmin məqsədyönlü qrupların fəaliyyətinə dəstək verirlər, bəziləri isə, həmin şəxslərin niyyətlərinin həqiqi olduğuna inanaraq dəstək verməkdə davam edirlər. Lakin həqiqət budur ki, həmin məqsədyönlü qruplar, hansı ki, onların arasında fərdi insanlar da var, internet kanalları da var, saytlar da var, onlar Mübariz Mənsimovun azad olunmasına deyil, həbsdə saxlanılmasına şərait yaradanlardı. Xoşagəlməz hal odur ki, həmin şəxslərin paylaşdığı məlumatları, videoları ardı kəsilmədən insanlar paylaşaraq daha geniş yayılmasını təmin edirlər. Unutmayaq ki, Mübariz Mənsimova heç bir xeyri olmayan, əksinə onun bu ağır durumunda vəziyyətini ağırlaşdırmağa xidmət edən  məlumatları və videoları ictimaiyyətə geniş şəkildə paylaşmaqla, biz sadəcə həmin məqsədyönlü şəxslərin izləyici auditoriyasını genişləndirmiş oluruq. Onların istəyi də elə budur. Mübariz bəyin azad olunmasını istəməyən digər qruplar isə, bəzi xoşagəlməz məlumatları yaymaqla, sosial şəbəkələrdə, kimlərəsə qarşı insanlarda aqressiya yaratmağa çalışırlar, eyni zamanda sosial mediada daha çox təhqirə, küfrə şərait yaradırlar.  Yaranan vəziyyət isə Mübariz Mənsimovun vəziyyətinin daha da ağırlaşmasına xidmət edir.

Mən, bir hüquqşünas olaraq, Mübariz Mənsimovu sevməyənlərin paylaşımlarını saf niyyətlə edildiyini düşünərək Mübarizsevərlərin də paylaşmasını, əslində Mübariz Mənsimovun azad edilməsi üçün bu gün əlindən gələn bütün imkanları səfərbər edən həqiqi Mübarizsevərlərin işinə maneçilik törətməsi kimi qiymətləndirirəm və hesab edirəm ki, istər Mübariz Mənsimovun yaxın çevrəsi, istərsə də Mübariz bəyi cani könüldən dəstəkləyənlər daha da diqqətli olmalı, təxribatçıların təxribatlarına uymamalı, sadəcə reytinq xatirinə məlumat və video paylaşanların paylaşımlarını paylaşmaqla durumu daha da ağırlaşdırmmamalıdırlar.

Mən, dəfələrlə müraciətlərimdə hər birinizi Mübariz Mənsimova sivil dəstək verməyə və dəstəyimizi aqressiya ilə deyil, daha xoş ifadələrlə səsləndirməyi, reallığın fərqinə vararaq Türkiyənin dövlət Başçısından Mübariz bəyə dəstək istəməyə çağırmışam.  Çox təəssüf edirəm ki, hələ də aqressiv rəylər yazanlar var, xoşagəlməz məlumatları paylaşanlar var.

O halda bu hərəkətlərini bu günə qədər davam etdirənlərdən soruşuram, seçdiyiniz bu dəstək yolu Mübariz Mənsimovun hazırkı durumuna müsbət bir təsir göstəribmi. Əksinə günü-gündən vəaziyyətini ağırlaşdırırsınız.  Bir daha müraciət edirəm, aqressiv çıxışlardan, təhqiramiz rəylər yazmaqdan, iki dövlət arasında münasibətlərə xələl gətirən hərəkətlərdən, Mübariz Mənsimovun həbsdən azad olunmasını istəməyən məqsədyönlü qüvvələrin məlumat və videolarını paylaşmaqdan, Mübariz bəyə bilib-bilmədən bundan artıq zərbə vurmaqdan çəkinin.  İnanıram ki, Mübariz bəy özü də sizin bu cür addımlarınızdan xoş hal olmazdı.  Anlayıram ki, həqiqi Mübarizsevərlər bu addımların Mübariz bəyə xeyri olacağını düşünərək edirlər. Lakin istəyirəm biləsiniz ki, özünüzdə bilmədən Mübariz bəyə pislik etmiş olursunuz.

Bəlkədə mənim bu müraciətim çoxlarını qane etməyəcək və ya bir çoxları bunu doğru qəbul etməyəcək. Qəbul etsəniz də etməsəniz də burda söylədiklərim həqiqətdir və zamanı gələndə mənim doğru yolda olduğumu görüb mənə haqq verəcəksiniz.  Mən də mütəmadi olaraq Türkiyə Prezidentinə müraciətlər edirəm, saytlarımda müraciətlərimi dərc edirəm,  Ümid Tv Azərbaycan kanalında bunla bağlı reportajlar təqdim edirəm. Lakin heç biriniz paylaşdığım məlumatların üzərində “daha çox paylaşın ki, hər kəs məlumatlı olsun” kimi başlıqları  görə bilməz. Çünki mən dərc etdiyim və yayımladığım heç bir məlumatı reytinq xatirinə etmirəm. Məqsədim günahsız bir insanın tezliklə həbsdən azad olunmasına çalışmaqdır və bu yolu bu gün də mütəmadi davam etdirirəm.

Mübariz Mənsimov Azərbaycanın sevimli və fəxrlə adı dilə gətiriləsi bir övladıdır. Biz hər birimiz ona dəstək olmaqla Azərbaycanın hər bir vətənpərvər, insansevər övladlarının bizim üçün dəyərli olduğunu, əsil azərbaycanlı olduğumuzu ortaya qoymuş oluruq. Mübariz Mənsimov şəxsiyyəti insanlığa bir nümunədir. Az-az iş adamları var ki, Mübariz Mənsimov qədər varını-dövlətini kasıblarla, ehtiyacı olnlarla, xəstələrlə, tələbələrlə və dövləti ilə paylaşıar. Mübariz Mənsimovu sevdirən də, yaşadan da onun bu xeyirxah xüsusiyyətləridir.

Əziz həmvətənlər!

Haqq Allahın adıdır, Allah haqqın yanındadır !  Xeyirxah əməlləri ilə yaddaşımıza həkk olan insanlığın bariz nümunəsi Mübariz Mənsimov haqlıdır və o, layiq olmadığı yerdən mütləq Allahın qüdrəti sayəsində üzüağ sevərlərinin yanına dönəcək. Buna heç kimin şübhəsi olmasın.

Bir daha Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Təyyib Ərdoğandan, Mübariz sevərlərin səsinə səs verməyi, onun yolunu gözləyən yaşlı valideyinlərinin intizarına biganə qalmamağı, həbsxana rejimində onun xəstəliyinin müalicəsinin mükün olmadığını nəzərə almağını, Mübariz Mənsimovun şəxsi müraciətinə reaksiya verməyini, onun layiq olmadığı yerdən azad edilərək sevənlərinə qovuşmasına köməklik göstərməyini xahiş edirəm.

Hörmətlə Rəhman Cəbiyev /  Azərbaycan


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı