SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2980_rusiyali-politoloq-erm-nil-rd-hecn-alinmayacaq-s-r

SİYASƏT

Hamısı

Rusiyalı politoloq: “Ermənilərdə heçnə alınmayacaq” – ŞƏRH

(3 Yil, 5 Ay öncə) 633 İzlenme 0 Yorum
Rusiyalı politoloq: “Ermənilərdə heçnə alınmayacaq” – ŞƏRH

ÜMİDTV:     Yerevandakı etiraz aksiyalarındakı əsas şüarlardan biri (Nikol Paşinyanın istefasını tələb etməklə yanaşı) hərbi intiqamdır. Bu barədə həm nümayiş iştirakçıları özləri, həm siyasətçilər, həm də müxtəlif fəallar danışırlar. Axır vaxtlar son dərəcə aktiv olan erməni politoloq Ara Papyan “düşmənin qarşısını almaq” üçün silah yaratmağa çağırıb.

Eyni zamanda, göründüyü kimi, o, son illərdə İrəvanda dəfələrlə müzakirə olunan çirkli atom bombasından bəhs edir. “Silahlanmaq və yenə silahlanmaq. Başqa yol yoxdur. Bunun üçün kifayət qədər vaxt və pul olmadığı görə düşməni çəkindirmək üçün silah yaratmaq lazımdır. Dünya birliyinin və bütün dünya ictimaiyyətinin fikirləri cəhənnəm olsun. Ermənistanın və ermənilərin olmadığı bir dünya kimə lazımdır?”, - deyə Ara Papyan erməni “telegram” kanallarından birində yazıb.

Öz növbəsində, məğlub separatçı rejimin keçmiş nümayəndəsi Vitali Balasanyan Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziləri geri qaytaracağına söz verib.

Rusiyanın “Kommersant” qəzeti etiraz aksiyalarında iştirak edənlərin fikirlərindən sitat gətirir. Beləliklə, Ani adlı hansısa bir qız gələcək Ermənistan rəhbərliyindən hərbi intiqam gözləyir: “Əminəm ki, ordumuz güclüdür. Bizim özünü daha çox doğrultmuş və peşəkar komandirə ehtiyacımız var”.

Bununla yanaşı, azad edilmiş ərazilərdə hər gün ölən erməni işğalçılarının onlarla cəsədinin tapılması davam edir. Ancaq belə çıxır ki, Ermənistanda heç kim hərbi məğlubiyyətin miqyasını anlamır, ölkənin döyüşmək üçün gücünün olmadığını başa düşə bilmirlər, baxmayaraq ki, erməni silahlıları vaxtaşırı Qarabağda təxribat hücumları edirlər.

Rusiyalı politoloq, publisist, tarix elmləri doktoru, Şimali və Şərqi Avropa Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Sıtin Media.Az-a vəziyyəti şərh edərək Ermənistanın başına gələn fəlakətin miqyasından hələ xəbərdar olmadığı fikri ilə razıdır.

“Bu, Ermənistan ərazisinə birbaşa təsir göstərməyib, buna görə də bir çox ermənilər sona qədər döyüşməyə hazır olduqlarına inanırlar. Ancaq təbii ki, onlarda alınmayacaq”, - deyə o bildirib.

- Ancaq Ermənistanla bölgə ölkələri arasında dinc yanaşı yaşamaq və əməkdaşlıq etmək variantı var idi. Məsələn, İrəvan Azərbaycana qarşı iddia qaldırmaqdan imtina edərsə, Türkiyə buna hazır idi, amma Ermənistan buna cavab olaraq Türkiyə məhsullarına tam embarqo tətbiq etdi. Bu, kimin üçün pis olacaq? Aydındır ki, Türkiyə tərəfinə yox. Ermənistanda bunu necə anlamırlar?

- Qısaca cavab verəcəm. Onlar fanatiklərdir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı