SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2889_komit-s-dri-2020-ci-ilin-musb-t-t-r-fl-rind-n-dani

SİYASƏT

Hamısı

Komitə sədri 2020-ci ilin müsbət tərəflərindən danışdı

(3 Yil, 5 Ay öncə) 666 İzlenme 0 Yorum
Komitə sədri 2020-ci ilin müsbət tərəflərindən danışdı

“Başa çatmaqda olan 2020-ci il bir sıra problemlərlə yadda qalıb. Lakin Azərbaycan xalqı və dövləti dünyada yeganə xalq və dövlət olacaq ki, bu ili Qələbə ili kimi qeyd edəcək. 44 günlük Vətən Müharibəsi Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdi. Xalq-iqtidar, xalq-prezident birliyi və sevgisi bu qələbənin qazanılmasına imkan yaradıb. Bu qələbənin əldə olunmasında, təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların, güclü iqtisadiyyatın rolu böyükdür”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, 2020-ci ilin sonunadək ölkə iqtisadiyyatının 4,9 faiz azalacağı əvvəlcədən proqnozlaşdırılmışdı:

“Ötən ilin büdcəsinin dürüstləşdirilməsi zamanı neftin qiyməti 35 dollar götürülmüşdü, hazırda isə 41 dollar təşkil edir. 2021-ci ildə isə neftin qiymətinin 15 faiz artacağı proqnozlaşdırlır və bu, dövlət büdcəsində neftin qiymətinin 40 dollar götürülməsini məqbul edir. 2020-ci ildə azalmalarla yanaşı, müsbət irəliləyişlər də var. Bu, kənd təsərrüfatı, rabitə və digər sahələrilə bağlıdır. 2020-ci ilin dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 58 faiz, qeyri-neft sektorunun payı isə 42 faiz olub”.

Komitə sədri bildirib ki, 10 il əvvəl büdcədə qeyri-neft sektorunun payı cəmi 26 faiz olub:

“İndi bu rəqəm 46 faizə qədər artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatında baş verən islahatların nəticəsidir”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı