SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2719_eld-niz-s-limov-az-rbaycan-xalqi-milli-tarixinin-n

SİYASƏT

Hamısı

Eldəniz Səlimov: Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm dövrünü yaşayır

(3 Yil, 5 Ay öncə) 4,45 B İzlenme 0 Yorum
Eldəniz Səlimov: Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm dövrünü yaşayır

Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm dövrünü yaşayır. “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, bu, möhtəşəm bir zəfərdir. Bu zəfər yolunda bizi yalnız qoymayan, daim bizə dəstək olan ölkələr oldu. Bunlardan biri də qardaş ölkə Türkiyədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

“Biz bilirik ki, bu münasibətlər bizim aramızda əbədidir. Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə şanlı Zəfər Paradındada bizi tək qoymadı. Sayın Rəcəb Tayyip Ərdoğanın səfəri Azərbaycanda hər kəsi sevindirdi, qürurlandırdı. Türkiyənin mənəvi dəstəyi ilə Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın. Qazanılan zəfərimiz bütün dünyaya səs saldı. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Bizim gücümüz birliyimizdədir. Yumruq kimi bir olaraq, əzmlə düşmın üzərinə yeridik. Haqqımız olanı geri qaytardıq”,-deyə deputat qeyd edib.

Mənbə: Yap.org.az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı