SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1925_l-nk-ranin-icra-bascisi-s-hid-horm-tsizlikd-gunahl

SON XƏBƏR

Hamısı

Lənkəranın İcra Başçısı şəhidə hörmətsizlikdə günahlandırılır- İDDİA

(3 Yil, 5 Ay öncə) 62,82 B İzlenme 0 Yorum
Lənkəranın İcra Başçısı şəhidə hörmətsizlikdə günahlandırılır- İDDİA

ÜMUDTV xəbər verir ki, sosial şəbəkədə geniş yayılmış məlumata görə, iddia olunur ki, dünən Lənkəran şəhərində rəzalət baş verib.
Lənkəranın Osaküçə kəndinə şəhid Əflatun Mircahangir oğlu Fərəcovun nəşi gətirilib.  Məlumata görə şəhidin atası və anası dünyasını dəyişib. 

Lənkəran RİH-dən bildirilib ki, Əflatun Fərəcov avtomobil qəzasında həlak olub. Ona görə də ona şəhid statusu verilmir, sığortada ödənilməyəcək, dəfn üçün RİH-ti tərəfindən heç bir xərc çəkilməyəcək.

Lakin kənd sakinləri əsgəri sahibsiz buraxmayıblar.  İddiaya görə tabutu açıblar və əsgərin bədənində güllə yarası görüblər. Bundan sonra kənd sakinləri ayağa qalxıb RİH-nə doğru yürüş ediblər. Nəticədə rayonun məsul şəxsləri həqiqətin anlaşıldığını görüb şəhidin bədənində aşkar olunan güllə izlərini təsdiq edib şəhid olmasını aktlaşdırıblar. Şəhid əsgərimiz yalnız bundan sonra dəfn edilib. 

Lənkəranın İcra Başçısının şəhidə qarşı bu hörmətsizliyi kənd sakinlərini qəzəbləndirib. Bu məsələ sosial şəbəkədə geniş etiraza səbəb olub. 

Bununla bağlı Lənkəran RİH -ti rəsmi açıqlama yayıb. Açıqlamada deyilir.

“Cəbhə bölgəsində döyüş tapşırıqını yerinə yetirərkən şəhid olmuş Lənkəran rayonunun Osaküçə kəndi sakini Fərəcov Əflatun Mircahangir oğlunun şəhidlik statusu ilə bağlı bəzi sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumatların heç biri həqiqəti əks etdirmir”.

Bu barədə Lənkrəran İcra Hakimiyyətinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi, ümumiyyətlə, şəhər İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan şəhər İcra hakimiyyətini bu statusu verməməkdə ittiham etmək tamamilə əsassızdır:

“İkincisi işğal olunmuş torpaqların azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən, döyüş tapşırıqını yerinə yetirərkən şəhid olmuş Əflatün Fərəcovun dəfn mərasimi şəhər İcra hakimiyyətinin rəhbərliyi, şəxsən İcra başçısı başda olmaqla, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib.

Dəfn mərasimləri zamanı şəhidlərin valideynlərinə, doğmalarına başsağlığı verən İcra başçısı hər bir şəhid atasına üçrəngli dövlət bayrağını şəxsən təqdim edib, şəhidlərin ruhlarına dualar oxunub.

Bütün bunlara baxmayaraq, bəzi sosial şəbəkə istifadəçilərinin düşünmədən belə yanlış informasiyaları tez-tələsik yayması acı təəssüf hissi doğurur və yalnız düşmən dəyirmanına su tökməyə xidmət edir.

Bu informasiyaları yayanlar unutmamalıdırlar ki, onların hərəkətləri rayonda hökm sürən yüksək vətənpərvərlik ruhuna, xalqın şəhidlərə göstərdiyi hörmət və ehtirama heç vaxtı xələl gətirə bilməz”

Qeyd edək ki  Vətən müharibəsində canından keçən hər bir şəhid qürurumuzdur.  Məsələnin izahına varmadan hər bir vətəndaşın və məmurun borcudur ki, şəhidlərimizə hörmətlə yanaşsın. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı