SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1821_rust-m-orucov-avropa-cempionatinda-burunc-medalla-

İDMAN

Hamısı

Rüstəm Orucov Avropa çempionatında bürünc medalla kifayətləndi

(7 Ay, 4 Gün öncə) 279 İzlenme 0 Yorum
Rüstəm Orucov Avropa çempionatında bürünc medalla kifayətləndi

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

Avropa çempionumuz, Olimpiya Oyunları və dünya çempionatlarının mükafatçısı Rüstəm Orucov (-73 kq) ikinci dəfə qitənin ən güclüsü ola bilməyib.

O ardıcıllıqla Klaudio Nuneş dos Santos (Lüksemburq) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlsə də, Olimpiya və Avropa çempionu Laşa Şavdatuaşviliyə (Gürcüstan) uduzub.

Belədə Rüstəm təsəlliverici yarışda bürünc medal üçün yarışıb. O burada Tohar Butbul (İsrail) və Nils Ştumpa (İsveçrə) qalib gələrək üçüncü dəfə (bunlardan biri komanda yarışıdır) Avropa çempionatının bürünc medalını qazanıb.

Bu gün yarışan iki idmançımız – Telman Vəliyev (-73 kq) və Murad Fətiyev (-81 kq) isə medal qazana bilməyib.

Xatırladaq ki, dünən Orxan Səfərov 66 kq çəki dərəcəsində Avropa çempionu olub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Ay, 28 Gün öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    3 Ay, 14 Gün öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    4 Ay, 22 Gün öncə
  • Bu gün Türk dünyasının sevilən bəstəkarı, Vətənpərvər xanım Sevinc Tofiqqızının doğum günüdür. Kollektivimiz adından Sevinc xanımı təbrik edir, ona həyatda can sağlığı, işlərində uğurlar arzu edirik.
    4 Ay, 23 Gün öncə
  • Bu gün Prezident İlham Əliyevin qızı Arzu xanım Əliyevanın doğum günüdür. Kollektivimiz adından Arzu xanımı təbrik edirik, həyatda cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq.
    4 Ay, 0 Gün öncə
BIST
14020,21
ALTIN
499,512-0,64
EURO
10,3419-1,01
DOLAR
8,6959-0,78
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 28 şəxs qatıldı