SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1662_n-zif-murs-lova-b-zi-insanlar-hesab-edir-ki-pulsuz

MÜSAHİBƏ

Hamısı

Nəzifə Mürsəlova: “Bəzi insanlar hesab edir ki, pulsuz peyvənd keyfiyyətsizdir” – MÜSAHİBƏ

(3 Yil, 5 Ay öncə) 1,04 B İzlenme 0 Yorum
Nəzifə Mürsəlova: “Bəzi insanlar hesab edir ki, pulsuz peyvənd keyfiyyətsizdir” – MÜSAHİBƏ

Azərbaycanda dövlət tərəfindən görülən profilaktik və epidemiya əleyhinə tədbirlər çərçivəsində oktyabrın 12-dən həyata keçirilən qrip və SARS-a qarşı kütləvi peyvəndləmə başa çatıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Media.Az-a bu barədə danışıb.

 

 

Onun sözlərinə görə, peyvəndləmə ayı başa çatsa da, hər kəs yerli poliklinikaya müraciət edib mövsümi qripə qarşı peyvənd oluna bilər.

N. Mürsəlovanın sözlərinə görə, Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə kütləvi peyvəndləmə ilk növbədə səhiyyə işçiləri, altı aydan böyük olan uşaqları, tənəffüs sisteminin xroniki xəstəlikləri olan insanlar, habelə hamilə qadınları əhatə edib.

Mürsəlova deyir ki, bəzi insanlar peyvəndin pulsuz olduğu üçün keyfiyyətsiz olduğunu düşünür. Amma peyvənd pulsuz deyil, dövlət bunu öz hesabına alır, ona pul ayrılır. Bütün bunlar əhalimizin sağlamlığı üçün edilir:

“Bu günə qədər peyvənd sonrası fəsadlar, allergik reaksiyalar və ya digər mənfi təsirlərlə bağlı hal bildirilməyib”.

Mütəxəssis qeyd edir ki, peyvənd allergiya xəstələrinə və ya ümumiyyətlə digər peyvəndlərə qarşı şiddətli allergik reaksiyası olanlara tətbiq edilməməlidir. Xərçəng xəstələri yalnız onkoloqla məsləhətləşdikdən sonra peyvənd oluna bilərlər:

“Bu qripin profilaktikası üçün peyvənddir. Peyvənd edilən şəxs bir il ərzində xəstəlikdən tam qorunur, xəstələndiyi halda isə qripi yüngül formada keçirir. Təbii ki, peyvənd olunan da, olunmayan da qrip xəstələri ilə sıx təmasda olmamalı, özlərinə baxmalı, soyuq havada nazik geyinib gəzməməlidir. Bu qaydalara riaət etsələr 2020-2021-ci il mövsümündə qripə yoluxmayacaqlar.

ÜST meyarlarına görə qrip mövsümü oktyabr ayında başlayır və gələn ilin aprel ayına qədər davam edir. Xüsusilə pandemiya dövründə vətəndaşlar özlərinə qayğı göstərməlidirlər. Daha çox tərəvəz və meyvə yeməyə, immunitetlərini vitaminlərlə gücləndirməyə, düzgün qidalanmağa, mənzil və ya ofisdə olduqları otağı daim havalandırmağa çalışmalıdırlar. Bunlar mütləq diqqət yetirməli olunan əsas məsələlərdir”.

O qeyd edir ki, peyvənd olunmaq vətəndaşlar özəl və ya dövlət müəssisələrinə müraciət edə bilərlər:

“Ölkədə peyvənd olunmaq könüllüdür. Lakin hazırkı, koronavirusun geniş yayıldığı şəraitdə bu çox vacibdir. Həqiqət budur ki, bu gün mövsüm səbəbindən insanların immuniteti zəifləyib və onlar qarışıq infeksiyaya yoluxa bilər: koronavirus üstəgəl mövsümi qrip. Təəssüf ki, eyni zamanda bir neçə növ kəskin respirator infeksiyaya yoluxa bilərsiniz. Belə olduqda bədən hazırki şərtlərdə yüksək virus yükü ilə qarşılaşır, bu isə olduqca arzuolunmazdır”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı