SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1801_v-t-n-muharib-sinin-21-yasli-qazisi-fuzulid-ki-doy

MÜSAHİBƏ

Hamısı

Vətən müharibəsinin 21 yaşlı qazisi: “Füzulidəki döyüşlərdə iki dəfə ölümdən qayıtdıq” - MÜSAHİBƏ/FOTO

(3 Yil, 4 Ay öncə) 672 İzlenme 0 Yorum
Vətən müharibəsinin 21 yaşlı qazisi: “Füzulidəki döyüşlərdə iki dəfə ölümdən qayıtdıq” - MÜSAHİBƏ/FOTO

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təxribatlara başlayıb. Düşmənə cavab olaraq Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları isə qələbə ilə nəticələnib. 

Müzəffər Azərbaycan ordusu 30 ilə yaxın bir müddətdən sonra işğal altında olan torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. 

44 gün davam edən və şanlı qələbə ilə nəticələnən müharibədə iştirak edənlərdən biri də 1999-cu il təvəllüdlü Əzizov Xəqani Sarvan oğludur. 

X.Əzizov Xaçmaz rayonunun Dədəli kəndində anadan olub. Ailədə iki uşaq olduqlarını deyən Xəqani, hələ Tovuzda baş verən döyüşlərdən könüllü olaraq hərbi xidmətə yazılıb və 27 sentyabrdan ön cəbhəyə yollanıb.

Xəqani deyir ki, ermənilər silahlarını qoyub qaçırdı. Ön cəbhəyə getməzdən bir gün öncə sevdiyi xanımla nişanlanan əsgərimizə ən böyük hədiyyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən gələn zəng olub.

Oxu.Az Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən qazi Xəqani Əzizovla müsahibəni təqdim edir:

- Son bir ay ərzində xalqımız kədər və sevinc hissini eyni anda yaşadı. İstərdim bizə şərəf, qürur hissi yaşatdığınız səngərlərdən danışasınız.

- Döyüşlərdə iştirakım Füzuli istiqamətindən başladı. Əsgər yoldaşlarımızla birlikdə Füzulinin işğaldan azad olunmasına nail olduq. Daha sonra döyüşlər Cəbrayıl istiqamətində davam etdi. Xocavənd istiqamətində döyüşlərdə yaralanana qədər hər şey yaxşı gedirdi. Təəssüf ki, minaya düşdüm və əsgər yoldaşlarım kimi qələbə sevincini cəbhədə qeyd edə bilmədim.

- Döyüşlər başlayandan ön cəbhədəsiniz, müharibənin acı tərəflərindən danışın.

- Bu bizim Vətən müharibəmiz idi. Torpaqlarımızı düşmənlərdən azad etmək tək amalımız idi. Odur ki, döyüşlərdə əsgər yoldaşlarımız yaralanırdı, şəhid olurdu. Çiyin-çiyinə döyüşdüyün insanların ölümünü görmək təbii ki, çox ağırdır. Dörd gün ac-susuz meşəliklə getdiyimiz günlər olub. Amma azad etdiyimiz hər kəndlə, ərazilərlə daha da qürurlanırdıq. Mənəvi qidalanırdıq.

Müharibə itkisiz olmur. Şəhidlik zirvəsinə ucalmaq hər bir kişinin arzusudur. Amma bu uca zirvə hər kəsə nəsib olmur. Şəhid olan əsgər yoldaşlarımın ailəsinə səbr diləyirəm. Bizim yaralarımız illərdir ürəyimizdə daşıdığımız Vətən yarasının yanında heçnədir. Nəhayət ki, ana Vətənimizin bütövlüyü bərpa olundu.

- Hansı istiqamətdə minaya düşdünüz?

- Füzuli istiqamətində biz iki dəfə ölümdən qayıtdıq desəm, yalan olmaz. Azad etdiyimiz kəndlərdən birindəki evə girdik. Heç bir saat keçməmişdi ki, mən və bir neçə əsgər yoldaşım siqaret çəkmək üçün havaya çıxdıq. Elə evdən bir az aralanmışdıq ki, ermənilər həmin evi vurdular. Özümüzü toparlayıb, yaralı yoldaşlara kömək etdik. Dörd nəfər əsgər yoldaşımın yaralarını sarıyıb, digərləri ilə dağa getdik. Orada bir bölməmiz vardı, onlara köməyə getdik. Həmin ərazidə atəşə tutulduq.

Orada dərə vardı. Dərəni keçmək istəyərkən minaya düşdüm. Bir anda partlayış zərbəsində geri yıxıldım. Ani olaraq huşumu itirdim. Bir anlıq ağrı məni özümə qaytardı. Ayağıma baxanda gördüm ki, sağ ayağımdakı çəkmənin yarısı yoxdur. Barmaqlarımın qopduğunu gördüm. Biri ümumiyyətlə yox idi, digər ikisini yerinə qoyub şalvarın ətəyi ilə bağladım. Bəlkə sonra həkimlər bərpa edə bilər deyə düşündüm. Amma alınmadı, qismət. Ayaq barmaqlarımın bir neçəsini amputasiya etdilər.

- Güllə yağışından o vəziyyətdə necə çıxdınız?

- Əsgər yoldaşlarımız istəsə də yaxınlaşa bilməzdi. Məcbur olub, özümü topladım. Təxminən 300 metr sürünə-sürünə körpünün altına gəldim. Orada yoldaşlarım kömək etdilər. Həmin atışmada bir neçə nəfər şəhid oldu, 40 nəfərə yaxın yaralılarımız vardı. Orada hər kəs yaralı da olsa bir-birinə kömək edirdi. Taqətimiz kəsilənə kimi yoldaşlarımızı yaralı halda daşıyırdıq.

- Yaralandığınızda ailənizə bu barədə məlumat verdiniz?

- Ümumiyyətlə, müharibə cəsur ürək deməkdir. Ürəyin Vətəninlədirsə, mütləq sona qədər döyüşəcəksən. Qanlar içində məni Ağcabədi Xəstəxanasına apardılar. Yaralandığımı atama demişdim. O da gəlmişdi amma görüşə bilmədik. Vətən üçün hər evdən bir oğul torpaqlarının müdafiəsinə getməlidir. Bu müharibədə iştirak etdiyim üçün çox sevinirəm.

- Müharibədən əvvəl və sonrakı Xəqani arasında nə kimi fərq var? Savaş sizə necə təsir etdi?

-Bilirsiniz, bunu izah etmək olmur. İnsan bir anlıq sanki mərhəmət hissini itirir. Düşmənə layiq olduğu kimi amansız davranır. Söhbət hərbçilərdən gedir. Döyüş meydanında amansız olmaq lazımdır. Təbii ki, heç kim gündə ölüm, qan görmür. Gecələr yuxusuz qalıb, ya da səhər atəş səslərinə oyanmır. Amma düşünürəm ki, mən bundan sonra tam başqa adam olacağam. Bu təmiz başqa dünyadır. Məncə insan həyatının əsl üzünü elə müharibədə görür.

Könül Cəfərli 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı