SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1733_-li-huseynli-xalq-oz-ali-bas-komandani-il-qurur-du

MÜSAHİBƏ

Hamısı

Əli Hüseynli: “Xalq öz Ali Baş komandanı ilə qürur duyur”

(3 Yil, 5 Ay öncə) 934 İzlenme 0 Yorum
Əli Hüseynli: “Xalq öz Ali Baş komandanı ilə qürur duyur”

Erməni hərbi birləşmələri üzərində qazanılmış tarixi qələbədən sonra 16 noyabr tarixində ölkə başçısının məhz işğaldan azad edilmiş ərazilərə səfəri Prezidentin öz sevinc hisslərini ilk növbədə xalqla bölüşmək arzusundan doğur. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür.

Bu barədə Milli Məclisin sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məqaləsində qeyd olunub.

Bu, həm də onu göstərir ki, təhlükələrdən və çətinliklərdən çəkinməyən və öz xalqının maraqları naminə qətiyyətlə  mübarizə aparan cənab İlham Əliyev öz cəsarətli addımları və siyasi iradəsi ilə seçilən bir liderdir. Bütün dövrlərdə və yaşanan hadisələrdə, ən ağır vəziyyətlərdə belə öz xalqının yanında olan Prezident  hər bir işdə xalqın dəstəyinə arxalanır, ona güvənir.

Ordunun qüdrətinə inam hissi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasına çevrilərək Prezidentin “Biz birlikdə güclüyük” şüarı altında xalqın dəmir yumruq kimi birləşməsini təmin edib. Vətən müharibəsinin ilk günlərində, kiçik istisna ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyətinin birgə bəyanatı da bu baxımdan səciyyəvidir.  
 
Öz işgalçılıq siyasətinin qurbanına çevrilmiş və üsyana qalxmış insanların qəzəbindən qorxub gizlənən Ermənistanın üzdəniraq baş naziri Paşinyandan fərqli olaraq Azərbaycan Prezidenti hər zaman olduğu kimi bu gün də  öz xalqının yanındadır. Füzuli və Cəbrayıl rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi cənab İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada Prezident İlham Əliyevin adı bu zəfərin müəllifi kimi tarixə yazıldı.

“Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” söyləyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, hər bir hərbçinin Ali Baş Komandanı olduğunu sübut etdi. Azərbaycan ordusu ilə döyüş meydanında məsuliyyətli davranışı ilə qələbənin mənəvi çəkisini daha da artırmış oldu. Bu, ilk nöbədə cənab Ali Baş Komandanın beynəlxalq hüquq normalarına hörmətindən irəli gələn siyasi və hərb mədəniyyətinin təzahürüdür. Çünki erməni əsgərindən fərqli olaraq mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, eyni zamanda, humanist dəyərləri qoruyan bu ordu bölgəyə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur.

Bu səfər zamanı Xudafərin körpüsünü ziyarət etməsi ölkə başçısının şərəfli Azərbaycan tarixinə və mədəni irsinə münasibəti baxımından simvolik məna daşıyır və ibrətamizdir.
     
Ali Baş Komandanın ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbəni şübhə altına salmaq istəyən bədxahlara sanballı bir ismarıc kimi bütün mülahizələrə nöqtə qoymuş oldu.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı