SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1364_general-polad-h-simov-olm-yib-h-mis-q-lbimizd-yasa

SON XƏBƏR

Hamısı

General Polad Həşimov ölməyib, həmişə qəlbimizdə yaşayacaq- Sevinc Tofiqqızı

(3 Yil, 5 Ay öncə) 1,95 B İzlenme 0 Yorum
General Polad Həşimov ölməyib, həmişə qəlbimizdə yaşayacaq- Sevinc Tofiqqızı

ÜMİDTV.com:        Bütün dünyanı bürüyən koronavirus dəhşəti ilə yanaşı ölkəmiz müharibə ilə də üzləşməli oldu. Müharibə dedikdə gözümüzün qabağına dağıntı, yaralılar, rəhmətə gedənlər gəlir. Amma söhbət vətən torpağının işğaldan azad olunmasından getdikdə müharibə şərəfli görünür. Şanlı ordumuz günbəgün zəfər dolu xəbərlərlə bizi sevindirir. Belə bir vaxtda arxa cəbhədə dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini, erməni vəhşiliyini çatdırmaq hər bir Azərbaycan ziyalısının müqəddəs borcudur.
Türk dünyasının sevimli Vətənpərvər tanınmış bəstəkarı , bir çox kompozisiyaların, əsərlərin müəllifi Sevinc Tofiqqızı məhz bu sahədə öndə gedən ziyalılarımızdandır.
Bəstəkarın mahnılarında, kompazisiyalarında həmişə vətən sevgisi ön planda olub.
Sevinc xanımın yeni ərsəyə gələn "General Polad" əsəri və həmin bəstəyə çəkilmiş klip dünya ictimaiyyətinin nəzərini bir daha Azərbaycan həqiqətlərinə, vətənpərvər oğullarımızın bu vətən üçün canlarından keçməyə hazır olmalarına, erməni vəhşiliyinin pik həddə çatmasına və şanlı Ordumuzun şücaətinə yönləndirmişdir. Sözləri Baba Vəziroğluya məxsus olan mahnını Azərbaycanın əməkdar artisti, Prezident təqaüdçüsü Cahangir Qurbanov səsləndirmişdir. Klipin rejissoru İntiqam Dadaşov, aranjıman edəni Fəraim Sadiq, səs rejissoru Vasif Adıgözəlovdur.
Klip ilk dəfə İraq TV Kərkükdə, TRT•TV-də yayımlandı. TRT•TV-nin rəhbəri Türkeş Salihiyə təşəkkür edən Sevinc Tofiqqızı bu klipin bütün türk dünyasında yayımlanacağını demişdir.
Klip çəkilişi zamanı sevimli bəstəkarımız Azərbaycan üçün canından keçən generalımız Polad Həşimovun anasını ziyarət etmişdir. Görüş zamanı Sevinc xanım kövrələrək Polad Həşimov və digər şəhidlərimizin ölmədiyini və onların daim qəlbimizdə yaşayacağını qeyd etmişdir.
Biz də sevimli bəstəkarımıza yeni-yeni sənət uğurları arzu edirik.

VİDEO linki burada


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı