SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1208_deputat-az-rbaycan-bir-qaris-torpaginin-bel-isgal-

SON XƏBƏR

Hamısı

Deputat: “Azərbaycan bir qarış torpağının belə işğal altında qalması ilə barışmayacaq”

(3 Yil, 7 Ay öncə) 1,36 B İzlenme 0 Yorum
Deputat: “Azərbaycan bir qarış torpağının belə işğal altında qalması ilə barışmayacaq”

ÜMİDTV.com:        Azərbaycan Ordusu işğalçı Ermənistanın növbəti hərbi təxribatına layiqli cavab verərək, uğurlu əks-hücum əməliyyatı həyata keçirir. Əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük zərbə vurulub, Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib.

Ordumuz öz ərazimizdə Vətənimizin bütövlüyü uğrunda mübarizə aparır və bu mübarizə son qarış torpağımız erməni işğalından azad olunanadək davam etdiriləcək. Azərbaycan bir qarış torpağının belə işğal altında qalması ilə barışmayacaq.

Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Bu gün Azərbaycan xalqı cənab Prezidentin ətrafında sıx birləşərək, yeni zəfər xəbərlərini gözləyir. Yaşından, sosial durumundan, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs torpaqlarımızın azadlığı uğrunda döyüşə səfərbər olub. İndi hər birimizin ürəyi Qarabağda döyünür.

Düşmən Azərbaycanın qüdrətli Ordusu, xalqımızın döyüş ruhu, tükənməz Vətən sevgisi qarşısında yenilməyə məhkumdur.

Belə bir vəziyyətdə, cəbhədə gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan Ermənistan ordusu dinc sakinlərin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq mülki əhalini hədəf alır, qadın və uşaqları qətlə yetirir, çoxsaylı ev və təsərrüfatlara böyük ziyan vurur.

Bütün bunlar Ermənistan ordusunun faşist, terrorçu mahiyyətini bir daha sübut etməklə, düşmənin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə əməl etmədiyini göstərir. İşğalçı Ermənistan hərbi təcavüz nəticəsində “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyası, həmçinin, BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozur.

Belə olan halda, dünya ictimaiyyəti, beynəlxlaq qurumlar müharibə cinayətləri törədən Ermənistanın bu qəddarlığına biganə qalmamalıdır. Cinayətkarlar BMT Nizamnaməsinə uyğun olaraq xüsusi beynəlxalq tribunalda cavab verməli, layiqli cəzalarını almalıdır.

Emin Hacıyev
Milli Məclisin deputatı


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı