"Bakı üçün yeni güc mərkəzi inşa edilir!"

“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının, genişlənməkdə olan “Sea Breeze” layihəsinin, eləcə də Bakı və Abşeron yarımadasının artan enerji tələbatının qarşılanması məqsədilə “AzərEnerji” tərəfindən Pirşağı və Novxanı yaşayış məntəqələrinin sərhədində gərginliyi – 220/110/10 kilovolt, ümumi ötürmə gücü – 750 meqavolt amper olan yarımstansiya inşa edilir

"Bakı üçün yeni güc mərkəzi inşa edilir!"

Bakı şəhərinin 2040-cı il üçün inkişafına dair Baş Planın bir hissəsi olaraq “Sea Breeze” layihəsi çərçivəsində Bakı və Abşeron yarımadasının artan enerji tələbatını qarşılamaq məqsədilə “Azərenerji” tərəfindən Pirsagi və Novxanı yaşayış məntəqələrinin sərhədində gərginliyi 220/110/10 kilovolt olan, ümumi ötürmə gücü 750 meqavolt amper olan yarımstansiya inşa edilir.

Arazmedia.az xəbər verir ki, 5,8 hektar ərazidə tikilən yeni 220 kilovoltluq “Sea Breeze” yarımstansiyasında işlər sürətlə davam edir. Layihənin böyük hissəsi artıq icra olunub. İlk mərhələdə iri həcmli torpaqtökmə işləri aparılaraq ərazi qurudulub və nəticədə sahə tikinti meydançasına çevrilmişdir. Yağıntı və qrunt sularının yarımstansiya ətrafında və qəsəbə ərazisində yığılmasının qarşısını almaq üçün drenaj və kollektor sistemləri inşa edilib.

“Sea Breeze” yarımstansiyasının tikintisi ilə paralel olaraq, onun enerjisistemi integrasiyası üçün müasir sərhəsləmə konsepsiyasına uyğun olaraq ümumilikdə 17,5 km uzunluğunda 220 kV-luq yeraltı kabel xətləri çəkilir. Bakı şəhəri üçün xüsusi əhəmiyyət daşıyan bu strateji enerji obyektinin ilin sonunadək tamamlanması nəzərdə tutulur.

“Azərenerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Teymur Abdullayevin sözlərinə görə, 220 kV-luq yarımstansiyasının istismara verilməsi ilə Bakının 220 kV-luq dairəvi elektrik təchizatı sxemi daha da genişlənəcək. Bu iş, enerji axınlarının daha səmərəli paylanmasına, qəza və ya təmir hallarinda istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına əlavə imkan yaradacaq.

Bundan əlavə, yarımstansiyanın 110 kV-luq səbəklərlə integrasiyası mövcud yarımstansiyalar üzərindəki yükü azaltmaqla Bakı və Abşeron yarımadasında elektrik təchizatının dayanıqlığını daha da gücləndirəcək.

“Azərenerji” tərəfindən yaradılan yeni güc mərkəzi gələcək yaşayış, turizm və biznes layihələrinin enerji təminatı üçün əlavə imkanlar yaradaraq paytaxtın uzunmüddətli urbanizasiya və iqtisadi inkişaf hədəflərinə xidmət edəcək.

Mənbə: “AzərEnerji” Bakinin artan enerji tələbatı üçün yeni güc mərkəzi inşa edir (VIDEO)