"Qaradagda Təbii İrsin Tanıdılması Üçün Təlim"
"Qaradagda Təbii İrsin Tanıdılması Üçün Təlim"
Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin, YAP Qaradağ Rayon Təşkilatının və Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun birgə təşkilatçılığı ilə "Qaradağın təbiyyəti: tanı, qoru, təbliğ et" mövzusunda maarifləndirici təlim keçirilib.
Arazmedia.az xəbər verir ki, tədbirdə YAP Qaradağ Rayon Təşkilatının sədri İlqar İlyasov, Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun rəhbəri Ceyhun Pasayev, Qaradağ Rayon İcra Hakimiyyətinin sektor müdiri Samama Agamuradova, RİH məsul əməkdaşları, YAP Qaradağ RT təşkilatının fəal üzvləri və rayonun fəalları iştirak ediblər.
Tədbirin əsas məqsədi Qaradağ rayonunun zəngin və özünəməxsus təbii, biologiya, tarixi və mədəni irsinin daha geniş tanıdılması, onun qorunmasının vacibliyinin diqqətə çatdırılması, eləcə də rayonun turizm potensialının yeni nəsil üçün təqdim olunması olub.
Tədbirdə çıxış edən YAP Qaradağ Rayon Təşkilatının sədri İlqar İlyasov Qaradağ rayonunun yalnız sənaye və səhər infrastrukturu ilə deyil, unikal təbii, palçıq vulkanları, biomüxtəlifliyi, fauna və florası, tarixi-mədəni irsi və coğrafi mövqeyi ilə də böyük potensiala malik olduğunu vurğulayıb.
Təlim zamanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun rəhbəri Ceyhun Pasayev Qaradağ ərazisində palçıq vulkanları ətrafında rast gəlinən canlı aləm haqqında iştirakçilara geniş məlumat verib. Müxtəlif məməlilər, quşlar, sürünənlər, o cümlədən müxtəlif növ ilanlar, əqrəblər, həşaratlar və digər canlılar, həmçinin ərazinin özünəməxsus bitki örtüyü haqqında maraqlı faktlar təqdim olunub. Bununla yanaşı, palçıq vulkanlarının yaratdığı xüsusi təbii landsaftın elmi, ekoloji və turizm baxımından əhəmiyyəti vurğulanıb.
Qaradağın təsdiqi təbii sərvətlərinin və tarixi-mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılması məsələsi tədbirin əsas mövzularından biri olub. İştirakçilara rayon ərazisində yerləşən tarixi və mədəni irs nümunələrinin turizm marşrutlarına daxil edilməsi, onların tanıdılması və qorunması istiqamətində mövcud imkanlardan bəhs edilib. Bu yanaşma Azərbaycanın regionlarında mədəni turizmin inkişaf etdirilməsi və mədəni irsin turizm marşrutları vasitəsilə təbliğini dair dövlət siyasəti ilə də uzlaşır.
Təlimdə xüsusi olaraq Qaradağın ekoturizm, geoturizm, maarifləndirici turizm, macəra turizmi və tarixi-mədəni turizm istiqamətlərində böyük potensiala malik olduğu vurğulanıb.
Qeyd olunub ki, rayonun təbii və tarixi imkanlarının düzgün təqdimatı gələcəkdə burada kiçik və orta sahibkarlıq subyektləri üçün yeni turizm layihələrinin həyata keçirilməsinə imkan yarada bilər. Kiçik turizm obyektləri, yerli bələdçilik xidmətləri, ekoturizm marşrutları, təbiət turları, ziyarətçi mərkəzləri, suvenirlər və yerli məhsulların təqdimatı, foto-turizm və digər xidmət istiqamətləri rayonun iqtisadi və turizm potensialının inkişafına töhfə verə bilər.
Bu baxımdan tədbir Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın regionlarda turizmin inkişafının təşviqi, rəqabətqabiliyyəti turizm məhsullarının yaradılması və investisiyaların təşviqi ilə bağlı əsas məqsədləri ilə səslənir. Dövlət Proqramında turizm layihələri üçün investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi də nəzərdə tutulub.
Eyni zamanda, 2026-cı ilin 24 fevral tarixli Prezident Fərmanı ilə mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlmiş yeni mexanizmlərin əsası qoyulub.
Tədbirdə bu istiqamətlərin Qaradağ üçün yaratdığı imkanlardan danışılaraq qeyd edilib ki, rayonun təbii və tarixi sərvətləri gələcəkdə yalnız qorunmalı irs deyil, həm də düzgün və dayanıqlı idarəetmə şəraitində yeni iqtisadi imkanlar yaradan turizm resursuna çevrilə bilər. Prezidentin 2 avqust 2024-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Turizm və rekreasiya zonalarının Nümunəvi əsasnaməsində də xüsusi ekoloji, tarixi və mədəni əhəmiyyətə malik ərazilərin turizmin davamlı inkişafı, investisiyaların təşviqi və sahibkarlıq subyektlərinin inkişafına xidmət etməsi nəzərdə tutulur.
Tədbirin mühüm istiqamətlərindən biri də Qaradağın müxtəlif, o cümlədən rayonun daha ucqar yaşayış məntəqələrində yaşayan gənclərin gələcək peşə seçimlərinə və sahibkarlıq təşəbbüslərinə yeni baxış formalaşdırmaq olub.
Vurgulanıb ki, doğma ərazisinin təbiətini, tarixini və turizm imkanlarını yaxşı tanıyan gənclər gələcəkdə turizm menecmenti, bələdçilik, ekoturizm, turizm marketinqi, otelçilik, qonaqpərvərlik, rəqəmsal turizm, foto və media, tədbir və ekskursiya xidmətləri kimi istiqamətlərdə ixtisaslaşaraq öz rayonlarının turizm inkişafında fəal rol oynaya bilərlər.
Bu yanaşma həmçinin dövlətin gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanması, innovativ təşəbbüslərinin dəstəklənməsi və onların öz regionlarında məşğulluq imkanlarının artırılması istiqamətində siyasəti ilə uzlaşır.
Beləliklə, tədbirin əsas mesajlarından biri də bu olub: Qaradağın gələcək turizm inkişafında ən böyük resurslarından biri onun təbiətini və tarixini tanıyan, qoruyan və bu sərvətləri müasir turizm məhsullarına çevirə bilən gənc insan kapitalıdır.
Tədbirin sonunda iştirakçılar üçün daha bir maraqlı və yaddaqalan məqam yaşanıb. Tədbirdə çıxış edən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun elmi işçisi, ilanlar və zəhərli həşaratlar üzrə mütəxəssis, təlimçi Anar Cəfərov iştirakçilara canlı şəkildə müxtəlif növ ilanlar nümayiş etdirib. İştirakçılar canlı təbiət nümunələrini yaxından müşahidə edib, daha cəsarətli iştirakçılar isə ilanlara toxunaraq xatirə fotosu çəkdiriblər. Bu hissə tədbirin həm maarifləndirici, həm də emosional baxımdan ən maraqlı anlarından biri olub.
Sonda bütün iştirakçilara "Qaradağın təbiəti: tanı, qoru, təbliğ et" mövzusunda keçirilən təlimdə iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunub və tədbir iştirakçıların iştirakı ilə ümumi foto çəkilişi ilə yekunlaşıb.
Tədbir Qaradağın zəngin təbii və tarixi-mədəni irsinin tanıdılması, onun qorunmasına dair ictimai maarifləndirmənin gücləndirilməsi və rayonun gələcəyin perspektivli turizm və sahibkarlıq mərkəzlərindən birinə çevrilməsi istiqamətində mühüm təşəbbüs kimi qiymətləndirilib.
Keçirilmiş maarifləndirici təlimin məqsədi Qaradağın təbiətini tanımaq, onu qorumaq, dünyaya tanıtmaq və bu unikal potensialı nəzərə alaraq gələcək nəsillər üçün yeni inkişaf istiqamətlərini müəyyən etməsinə yardımçı olmaq, gələcəkdə kiçik və orta sahibkar olacaq gənclər üçün rayonunun potensialını peşəkar fəaliyyət sahəsinə çevirməkdir.

