"28 Avqust: İlin Son Ay Tutulması Başlayır!"
"28 Avqust: İlin Son Ay Tutulması Başlayır!"
Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
Arazmedia.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, bu tutulma qismən Ay tutulması olacaq. Yəni, Yerin kölgəsi Ayı tamamilə örtməyəcək. Qismən Ay tutulması Ayın Yerlə Ayın orbitinin kəsilmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Ayın orbit müstəvisi Yerin orbit müstəvisi ilə cəmi 5°-lik bucaq əmələ gətirir. Bu bucaq çox böyük olmadığı üçün Ay hər ay Yer ilə Günəş arasındakı xətdin üzərindən dəqiq keçmir.
Tutulmalar hər ay deyil, Ay, Yer və Günəşin uyğun konfiqurasiyada - bir düz xət üzərində və ya kiçik fərq olduğu halda baş verir. Ay tutulması yalnız tam Ay fazasında mümkün olur. Tutulma 28 avqust saat 05:23-də başlayacaq, saat 11:01-də bitəcək. Bu tutulma Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunacaq.
Azərbaycana gəldikdə, saat 05:35-də artıq mülki alacaranlıq vaxtıdır. Ay üfüqdən yuxarı olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanacaq. Bu müddət isə yarımkölgəli tutulma fazasına düşəcək. Yarımkölgəli Ay tutulması adi gözlə çətin seçilir; sadəcə, Ayın işığının cüzi azalması kimi hiss olunur.
Qeyd edək ki, 2026-cı ildə daha əvvəl olan üç tutulma hadisəsi - iki Günəş və bir Ay tutulmasından heç biri Azərbaycanın ərazisindən müşahidə olunmayıb. 2027-ci ildəsə ikisi Günəş, üçü isə Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi olacaq. Bunlardan 21 fevralda baş verəcək yarımkölgəli Ay tutulması və 2 avqustda baş verəcək tam Günəş tutulması Azərbaycanlardan müşahidə olunacaq. Günəş tutulması zamanı Azərbaycanın tam kölgə zolağına düşmədiyindən tutulma ölkə ərazisindən qismən Günəş tutulması kimi müşahidə olunacaq.
```

