"Qaradagda Şəhid Aslan Əliyevin Xatirəsi Anılıb"
"Qaradagda Şəhid Aslan Əliyevin Xatirəsi Anılıb"
Avqustun 1-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində şəhid Aslan Eldar oğlu Əliyevin xatirəsi anılıb.
Arazmedia.az xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov və YAP Qaradağ rayon təşkilatının sədri Ilqar Ilyasov şəhid Aslan Eldar oğlu Əliyevin ailəsini ziyarət ediblər. Əvvəlcə şahidin adını daşıyan bulağın bəyləfi önünə gül dəstələri qoyulub, şəhidin atası Eldar Əliyevə və ailə üzvlərinə başsağlığı verilərək, sabır və təmkin arzulayıblar.
Tədbir zamanı Azərbaycanın Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu qeyd edilib. Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsi daim əziz tutulur, onların ailələri dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunur.
Şəhid Aslan Eldar oğlu Əliyev 2 dekabr 1988-ci ildə Cəlilabad rayonunun Mikayilli kəndində anadan olub. Orta təhsilini həmin kənddə yerləşən məktəbdə alıb, sonradan ailəsi ilə birlikdə Qaradağ rayonunun Puta qəsəbəsinə köçərək 184 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ilin yanvar ayında Cəlilabad Rayon Hərbi Komissarlığı tərəfindən hüquqi hərbi xidmətə çağırılıb. Həmin ilin iyul ayında Ağdam rayonunun Gülçülük sovxozu ərazisində yerləşən mövqelərimizə düşmən atəşi nəticəsində şəhid olub və avqustun 1-də Puta qəsəbəsində dəfn edilib.
Şəhidin atası Eldar Əliyev, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. O, qazanılan tarixi qələbədə oğlunun da payı olduğuna görə qürur hissi keçirdiyini qeyd edib. Tədbirdə vurğulanıb ki, Vətən yolunda canından keçən şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaq, onların qanı bahasına azad edilmiş torpaqlarımız göz bəbəyi kimi qorunacaq. Şəhidlərimizin qəhrəmanlığı gənc nəsil üçün vətənpərvərlik nümunəsidir.
Biz şəhidlərimizlə qürur duyuruq, onlara Allahdan rəhmət, ailələrinə isə sabır diləyirik.

