Ana Dilimizin Qorunması Üçün Mühüm Tədbir
Ana Dilimizin Qorunması Üçün Mühüm Tədbir
Az?rbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Az?rbaycan dilinin qorunması, inkişafı və təbliği istiqamətində imzaladığı Fərman və Sərinəclardan irəli gələn vəzifələrin icrası çərçivəsində, 31 iyul 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin, Yeni Az?rbaycan Partiyası Qaradağ Rayon Təşkilatının və Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Səhərsalma və Memarlıq İli" çərçivəsində 1 Avqust - Az?rbaycan əlifbası və Az?rbaycan Dili Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Arazmedia.az xəbər verir ki, əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Qaradağ rayonundaki abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Az?rbaycan dilinin tarixi inkişaf yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov, ana dilimizin milli kimliyimizin əsas sütunlarından biri olduğunu vurğulayıb.
YAP Qaradağ Rayon Təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı, professor Vüqar Rəhimzadə, professor Rüfət Hüseynzadə, ADPU-nun dosenti Sultanəli Qurbanov və Lökbatan Tibb Mərkəzinin direktoru, professor Elçin Hüseynov çıxışlarında Az?rbaycan dilinin dövlət dili kimi keçdiyi inkişaf yolundan, milli-mənəvi dəyərlərimizin qorunmasındakı rolundan və gənc nəsilin milli ruhda tərbiyəsində əhəmiyyətindən danışıblar.
Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilimizin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirin sonunda Emil Abbasov ana dilinə sevgi və hörmətin möhkəmləndirilməsində belə maarifləndirici tədbirlərin mühüm rol oynadığını bildirib.
Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.
Mənbə: Qaradagda ana dilimizin qorunmasına həsr olunmuş tədbir keçirilib

