"Xocalıya köç karvanı yola düşdü"

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir

"Xocalıya köç karvanı yola düşdü"

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Arazmedia.az xəbər verir ki, bu mərhələdə Xocalı rayonunun Xanabad kəndinə 10 ailə – 31 nəfər, Tüzəbinə kəndinə 9 ailə – 39 nəfər, Badara kəndinə 6 ailə – 24 nəfər, Dasbulaq kəndinə 2 ailə – 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə – 5 nəfər, Ağdərə rayonunun Aşağı Orataq kəndinə 10 ailə – 34 nəfər, Vəngli kəndinə 6 ailə – 26 nəfər, Həsənriz kəndinə 6 ailə – 17 nəfər, Kolataq kəndinə 3 ailə – 19 nəfər, Cəbrayıl rayonunun Sükürbəyli kəndinə isə 12 ailə – 55 nəfər köçürülüb.

Doğma yurduna qayıdan sakinlər, hərtərəfli dövlət qayğısı ilə şahid olduqlarına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edərək, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, doğma yurda köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu köç, işğaldan azad olunmuş ərazilərin bərpası və sakinlərin geri dönməsi istiqamətində atılan mühüm addımlardan biridir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu qaydış prosesi, dövlətin müharibə sonrası reabilitasiya və inkişaf strategiyasının bir hissəsidir.

Mənbə: Qarabaga növbəti köç karvanı yola salınıb