"Lökbatan'da Yeni Kanalizasiya Kollektoru Tikilir"

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğuların tikintisi layihələrinə başlayıb

"Lökbatan'da Yeni Kanalizasiya Kollektoru Tikilir"

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlər Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün su təmizləyici qurğuların tikintisi layihələrinə başlayıb.

Arazmedia.az xəbər verir ki, layihələrdən biri Lökbatan hövzəsi üzrə götürücü kanalizasiya kollektorunun və tullantı sular üçün su təmizləyici qurğunun tikintisidir.

İri Şəhərlərin Su Təchizatının mətbuat katibi Ceyhun Musaoglu layihə haqqında məlumat verərək bildirib ki, ümumi uzunluğu 23 kilometr olan Lökbatan hövzəsi üzrə götürücü kanalizasiya kollektorunun tikintisi, məhsuldarlığı gün ərzində 100 000 kubmetr olan tullantı su təmizləyici qurğunun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək. Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının, Xocasən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxsılaşdırlacaq. Lökbatan tullantı su təmizləyici qurğusu layihəsi birinci mərhələdə Xocasən, Sulutəpə, Sonqar, Lökbatan, Yasamal, Badamdar, Bayıl, Bibiheybet massivlərini əhatə edəcək.

Lökbatan hövzəsi üzrə götürücü kanalizasiya kollektorunun və tullantı sular üçün su təmizləyici qurğunun tikinti layihəsinə 2025-ci ildən başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulur.

Tikilməkdə Olan Obyektlər Müdiriyyətinin böyük məsləhətçisi, mühəndis Mürsəl Ələsrəfov qeyd edib ki, bu layihə çərçivəsində nasos stansiyaları, incə barmaqlıq, kobud barmaqlıq, qumtutucu, yağtutucu, biofosfor, havalandırma, son durulducu hovuzları, disk filtrlar, UVE qurğusu tikiləcək. "Sonda çirkab su UVE qurğusundan keçirərək bütün zərərli bakteriyalar zərərsizləşdirildikdən sonra dənizə yönləndiriləcək. Bu işlərin davamı olaraq dənizdə diametri 1600 mm, uzunluğu 2.7 km olan metal borular quraşdırılacaq. Qurgunun ərazisində enerji mərkəzi tikiləcək, ərazidə 6 kilovoltluq sabit yaradılacaq. Bir sözlə, təmizləyici qurğu ən müasir standartlara cavab verəcək."

Hazırda qum və yağtutucu qurğusunda pərdəd divarlarının armatur və qolib işləri görülür. Biofosfor hovuzunun qurğusunun armatur, havalandırma hovuzu qurğusunda svay bünövrəsi, temperatur tikintilərində izolyasiya işləri həyata keçirilir. İdari binanın hörgü işləri də hazırda davam etdirilir.

Lökbatan hövzəsi üzrə götürücü kanalizasiya kollektorunun tikintisi üzrə işlərin 50 faizi icra olunub.

Bu layihə Bakı şəhərinin kanalizasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində icra olunan ən mühüm layihələrdən biridir. Layihənin başa çatdırılması tullantı sularının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsinə, ekoloji təhlükəsizliyin gücləndirilməsinə, əhalinin sanitariya şəraitinin yaxşılaşmasına əhəmiyyətli töhfə verəcək. Eyni zamanda, müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək su təmizləyici qurğu tullantı sularının ekoloji standartlara uyğun təmizlənməsini təmin edəcək.