"Seyyad Əliyev Rusiyada ordenlə təltif olundu"
"Seyyad Əliyev Rusiyada ordenlə təltif olundu"
Rusiyada yaşayan həmyerlimiz təlqit edilib.
Arazmedia.az xəbər verir ki, Leninqrad vilayətinin Qanunvericilik Məclisinin sədr müavini, deputat Səyyad Əliyev Rusiya Prezidentinin fərmanı ilə "Vətən qarşısında xidmətlərinə görə" ordeninin II dərəcəli medalı ilə təlqit olunub.
Səyyad Əliyev 1967-ci ildə Cəlilabad rayonunun Zopun kəndində anadan olub. Ali təhsilini Leninqradda (sonra Sankt-Peterburq) alıb. İş fəaliyyətinə 80-ci illərdə başlayan S. Əliyev, bir çox müəssisə və zavodlarda çalışıb. O, taxta məmulatlarının montajçısından rəhbər vəzifələrə qədər yüksəlib.
Eyni zamanda, S. Əliyev aktiv ictimai fəaliyyətlə məşğul olub. 2005-ci ildən etibarən o, Leninqrad vilayətinin Vsevolojsk rayonunun "Dubrovskoe səlahiyyət qəsəbəsi" bələdiyyə qurumunun Deputatlar Şurasının sədri və həmin bələdiyyə qurumunun başçısı seçilib. 2009-cu ildən isə "Dubrovskoe səlahiyyət qəsəbəsi"nin birinci və ikinci çağırış başçısı vəzifəsinə seçilib.
Geniş təcrübə və peşəkarlığa malik olan S. Əliyev, 2011-ci ildən Leninqrad vilayətinin Qanunvericilik Məclisinin V çağırış deputatı, 2016-cı ildən VI çağırış deputatı, 2021-ci ildən isə VII çağırış deputatı seçilib. Leninqrad vilayətinin Qanunvericilik Məclisinin bir çox komitələrinin fəal üzvü olaraq, S. Əliyev fəal qanunvericilik fəaliyyətində iştirak edir.
Dövlət və cəmiyyət qarşısında xüsusi xidmətlərinə görə S. Əliyev bir çox mükafatlarla təlqit olunub. Bu, onun dövlətə və cəmiyyətə olan sadiqliyinin və fəal fəaliyyətinin bir sübutudur.

