"Qüdsi Osmanov: Vətənsiz həyat yoxdur!"
"Qüdsi Osmanov: Vətənsiz həyat yoxdur!"
V?zif? yox, V?t?n – Qüdsi Osmanovdan yubiley müsahib?si
Bu gün Azərbaycan Respublikasinin Ruminiyadaki fövq?lad? v? s?lahiyy?tli s?firi Qüdsi Osmanovun doğum günüdür. Dəyərli diplomatımızın 60 yaşı tamam olur. Qüdsi bəy ilə əlaqə saxlayıb, onunla yubiley təəssüratlarını bölüşməsini arzuladıq. Mətbuata açıq diplomatlarımızdan biri kimi, sözümüzü yerə salmadı və suallarımızı cavablandırdı.
– Qüdsi bəy, bir diplomat ömründə 60 yaş nə deməkdir?
– Sözün düzü, heç nə. Çünki bizim xidmətimiz dövlətimizə, Ali Baş Komandana, Prezidentədir. Öncə Ulu Öndərin xidmətində olmuşam, 26 yaşında onun sərəncamı ilə təyin olunan diplomatam. Məni çox yüksək vəzifəyə təyin etmişdi. Vəd vermişdim ki, ona xidmət edəcəyəm və axıra kimi də xidmət etdim. Ölkənin dahi rəhbərinə, xalqın liderinə xidmət etmək isə, Vətənə xidmət deməkdir. İndi isə onun varisi, xalqımızın lideri, ölkəmizin başçısı, qəhrəman Ali Baş Komandan, müzəffər Prezidentimizə, torpaqlarımızı, sərhəflimizi bizə qaytaran dövlətimizin başçısına xidmət edirəm. İndi bütün soydaşlarımız kimi, biz diplomatlar da hər yerdə görüşündə üzü ağ danışırıq. Mən bunu Ruminiyada görürəm.
Qüdsi bəy, diplomat olaraq 60 yaşını qeyd edərkən dövləti, xalqı və rəhbəri ilə bağlı duyduğu qüruru vurğulayır. O, diplomatlığın çətin və məsuliyyətli bir peşə olduğunu, lakin görülən işin doğrudan da əhəmiyyətli olduğunu qeyd edir. Ruminiya ilə Azərbaycanın strateji əlaqələrindən də bəhs edən Qüdsi bəy, Ruminiyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayır.
– Diplomatiya yolunuz Sankt-Peterburqdakı baş konsulluğumuzdan başlayıb, doğru mu?
– Tamamilə doğrudur. Daha sonra isə Avropa dövrü başladı. İllər öncə diplomatiya dövründə arzu edilən məqsədlər uğrunda gördüyümüz işlərin nə qədər önəmli olduğunu daha yaxşı başa düşürəm. Mən Ruminiyada Azərbaycanı ən yaxşı şəkildə təmsil etməyə çalışıram və bu ölkədə diplomatik münasibətlərin güclənməsinə dair addımlar atıram.
Qüdsi Osmanov, öz doğma yurdunun tarixi ilə bağlı da qürur duyduğunu dilə gətirir. Lənkəran bölgəsində doğulub-böyüyən diplomat, oranın adət-ənənələrini, tarixini unutmadan yeni nəsillərə çatdırmağın vacibliyini vurğulayır. O, vətən həsrəti ilə yaşadığını qeyd edərək, doğma yerlərinə səyahət etməyi arzuladığını bildirir.
Qüdsi bəyin sözlərinə görə, diplomatiya sahəsində çalışmağın çətinlikləri olsa da, ölkəsinin təhlükəsizliyi üçün çalışmaqdan məmnundur. O, Prezidentin rəhbərliyi altında fəaliyyət göstərməyin ona böyük bir qürur hissi verdiyini qeyd edir. Diplomatlığın cəmiyyət üçün verdiyi dəyərləri ön planda tutan Qüdsi bəy, Azərbaycan xalqının və Vətənin gənclərinin gələcək nəsillərə bu dəyərləri aşılamasında çalışdıqlarını bildirir.
– Yekunda ürək sözləriniz, Vətəni ismarıcınız varsa, buyurun.
– Ali Baş Komandanımız sağ olsun, var olsun. Xalqımız onda firavan yaşayacaq, təhlükəsiz olacaq, hər şey ondan asılıdır. Mən 40 ildir bu meydandayam, özümü tanıyandan, 90-cı illərdən keçmişəm. Gördüyüm hər şeyi qürurla dilə gətirirəm ki, Prezidentimizi Allah saxlasın. Biz onda ölkə olaraq, xalq olaraq qalacaq və inkişaf edəcəyik.
Rauf Arifoğlu və “Yeni Müsavat” Media Qrupu olaraq dəyərli Qüdsi Osmanovu 60 illik yubiley yaşı münasibəti ilə təbrik edirik!
Elsad Pasasoy, Musavat.com

