"Azərbaycanda Dövlət Suverenliyi Günü Təsis Olundu"

Azərbaycanda Dövlət Suverenliyi Günü
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklər, isgala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik arzusunu sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Ermənistanın yeni işğalçı planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına nail olub.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının sıradan çıxarılması, habelə həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəsədli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.
Nəticədə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə özümlə dalgalanmaqdadır. Prezident İlham Əliyev, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, hər il sentyabrın iyirmisini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsini qərara alıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi." 44 günlük II Qarabağ müharibəsində tarixi Qələbəmiz, ondan üç il sonra - 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq anlayıları mövcuddur.
Dövlət başçımız İlham Əliyevin son 20 illik prezidentlik fəaliyyəti zamanı reallığa çevirdiyi bütün uğurların şahidiyik. 20 il əvvəl xalqımız etimad mandatı verərək, özünə Prezident seçdiyi İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi. 2020-ci ildədə Vətən müharibəsində İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 gündə Ermənistan diz çöktürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi.
Azərbayan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu. Nəticədə II Qarabağ müharibəsi son yüz ildən sərif və qəhrəmanlıq salnaməsi kimi Azərbaycanın tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işgaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlında, Kəlbəcərdə, Laçında, Ağdamda, Susada, Xocavənddə, Hadrutda, Ağdəridə, Xocalıda və Xankəndidə qürurla dalgalanır.
Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri keçirərək separatçıları 23 saat ərzində məhv etdi. Bunun ardınca qondarma qurum ləğv edildi və oktyabrın 15-də tariximizdə daha bir şanlı səhifə açıldı. Prezident, Ali Baş Komandanimiz İlham Əliyevin diplomatik və qətiyyətli siyasəti ilə son dörd ildək xalqımızın hüzn tarixləri bayram günləri ilə əvəz edilib. Və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.
Israfil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
```