"Saxta stomatoloq Ays?n ?liyeva c?miyy?ti təhdid edir!"

Son günlər sosial şəbəkələrdə, xüsusilə də Instagram platformasında "Dr. Aysen" adı ilə tanınan və özünü stomatoloq kimi təqdim edən şəxs diqqət mərkəzinə düşüb. Araşdırmalar nəticəsində həmin şəxsin əsl adının Aysən Əliyeva olduğu müəyən edilib. İldən olan məlumatlara görə, onun stomatologiya üzrə nə rəsmi ali tibbi təhsili, nə də lisenziyası mövcuddur. Bu isə vətəndaşların sağlamlığına ciddi təhlükə yaradan saxtakarlıq nümunəsidir.
Dis həkimliyi illərlə davam edən təhsil, praktik təcrübə və yüksək məsuliyyət tələb edən bir ixtisasdır. Həkim diplomu və sertifikatı olmayan şəxslərin "həkim" adı altında fəaliyyət göstərməsi həm qanun pozuntusu, həm də cəmiyyətin etibarına qarşı hörmətsizlikdir. Təsəvvür edin ki, sosial şəbəkələrdə bu kimi "saxta həkimlər" asanlıqla auditoriya toplayır və insanların sağlamlığı ilə oynayırlar.
Bura yalnız maddi qazanc məsələsi daxil deyil. Belə şəxslərə müraciət edən hər bir pasiyent – ağır infeksiyalara, geri dönməz fəsadlara və hətta həyati təhlükəyə məruz qala bilər. Cəmiyyət bu hallara laqeyd qalmamalıdır. Özünü həkim kimi təqdim edən, lakin heç bir hüquqi və peşəkar əsası olmayan şəxslər dərhal ifşa edilməli və onların fəaliyyəti qanuni şəkildə dayandırılmalıdır.
Səhiyyə Nazirliyi məsələyə bağlı təcili addımlar atmalı, Aysən Əliyevanın fəaliyyəti araşdırılmalı və qanuni tədbirlər görülməlidir. Bu, yalnız sağlamlığın qorunması üçün deyil, həm də cəmiyyətin təhlükəsizliyi üçün vacibdir.
Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa açıqdır. Bu hal, insan sağlığına olan ehtiyacı daha da ön plana çıxarır və cəmiyyətin məsuliyyətini artırır. Hər bir insan sağlamlığını qorumalı, saxta həkimlərin fəaliyyəti qarşısında diqqətli olmalıdır. Həkim seçərkən yalnız rəsmi sertifikalara, elmi dərəcələrə və peşəkar təcrübəyə diqqət yetirmək lazımdır.
Ümumilikdə, bu cür vəziyyətin yaranması cəmiyyətin maarifləndirməyə, daha çox məlumatlandırma işinin aparılmasına ehtiyac duyduğunu göstərir. Sağlamlıq, hər kəs üçün dəyərli bir nemətdir və buna layiqli yanaşma tələb edir.
```