MDU-da Rektorun İdarəetmə Üsulu Narazılıq Yaradır

Mingəçevir Dövlət Universitetinin (MDU) müəllim və texniki işçi heyəti rəhbərlikdən ciddi narazılıqlarını davam etdirir

MDU-da Rektorun İdarəetmə Üsulu Narazılıq Yaradır

Ming?çevir Dövl?t Universitetindəki Narazılıqlar

Ming?çevir Dövl?t Universitetinin (MDU) müəllim və texniki işçi heyəti rəhbərliklə ciddi narazılıqlarını davam etdirir. İddialara görə, rektor Anar Eminovun təyin olunmasından sonra universitetdə tədrisdən kənar məsələlər daha çox diqqət mərkəzinə gətirilir. Bu isə, tədrisin keyfiyyətinə mənfi təsir göstərir.

Kollektivin iddialarına əsasən, rektor özünə yaxın şəxsləri işə götürərək, bir sıra əməkdaşları vəzifələrindən azad edib. Etiraz edənlər bildirirlər ki, rektor irad bildirənlərə "Mən Cənab Prezidentin imzası ilə təyin olunmuşam, məni heç kim heç nə edə bilmez" deyə cavab verir.

Müəllim və texniki işçilərin sözlərinə görə, Anar Eminov universiteti şəxsi obyekt kimi idarə edir. O, xoşuna gəlməyən əməkdaşları hüquq-mühafizə orqanları ilə hədələyir. Hətta universitetin girişindəki mühafizəçilərə göstəriş verildiyi iddia olunur - narazı işçilər binaya buraxılmır və universitetin yaxınlığına gəlmələri qadağan edilir.

Kollektiv, həmçinin, rektorun təyin edilməsindən qısa müddət keçməsinə baxmayaraq, universitetin inkişafı üçün ayrılan milyonlarla vəsaitin aqibətinin qeyri-müəyyən olduğunu bildirir. Bu səbəbdən narazılıqlar pik həddə çatıb və yaxın günlərdə kollektivin ölkə başçısına müraciət edəcəyi gözlənilir.

Hazırda göstərilən iddialarla bağlı araşdırmaların davam etdiyi vurğulanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.