"Novxanıda kanalizasiya problemi: Antisanitar vəziyyət"

Yay mövsümü sona yaxınlaşır

"Novxanıda kanalizasiya problemi: Antisanitar vəziyyət"
Novxani Baglarinda Kanalizasiya Problemi

Yay Mövsümünün Sona Yaxınlaşması

Yay mövsümü sona yaxınlaşır. İnsanlar Xızır sahillərindəki bağlarında son günlərini keçirirlər. Bir çox bağ sahiblərindən geriyə qalan isə heç də xoş olmayan mənzərədir. Söhbət kanalizasiya sularının axıdılması və müəsit tullantılarının hara gəldi atılmasından gedir.

Bizim.Media Novxanı bağlarındakı antisanitar vəziyyəti lentə alıb. Müsahidələrimiz göstərdi ki, bəzi evlərdən kanalizasiya suları birbaşa Samur-Abşeron kanalına axır. Digər böyük problem isə müəsit tullantılarının da həmin kanala atılmasıdır. Bu vəziyyət isə ərazidə antisanitar vəziyyətin yaranmasına və üfunət qoxusunun yayılmasına səbəb olub.

Niyə Tədbir Görülmür?

Məsələ ilə bağlı İri Şəhərlərin Birleşmiş Su Təhziqatı Xidmətinə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan ərazilərdə tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan yararlanmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidir.

“Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması "Su təchizatı və tullantı suları haqqında" Azərbaycanın Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, müəsit tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydalari"nın 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

Buna görə də, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrində tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrədək məsafədə olmalıdır. Quyu dolma həddindən asılı olaraq yarım ildən bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir.

Həmin Şəxsləri Nə Gözləyir?

Məlumatda bildirilir ki, əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manata qədər məbləgdə cərimə edilir.

“Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalasan tullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarının qarşısını almaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti müntəzəm olaraq reydlər keçirir və qanuna əməl etməyənlər barəsində qanunauyğun şəkildə tədbir görürlər.

Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nin sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlrlə aparılır.