"Makler Orxan: Qanunsuz ev m?nims?nmasi iddiası"

Redaksiyamıza gələn şikayətdə, həbsxanada olan şəxsin evi saxta üsullarla əlindən alındığı iddia edilir. Bakufakt xəbər verir ki, şikayətçi Babayev Natiq Şlamət oğlu, ata evi Orxan adlı makler tərəfindən qanunsuz yolla mənimsənildiyini bildirir. Orxan, qalibiyyəti əldə etmək məqsədilə qardaşlardan birini aldataraq ona narkotik maddə almasına kömək etdiyini bildirib, bu yolla da qardaşın evi Orxan tərəfindən qanunsuz olaraq ələ keçirilib.
Şikayətçinin iddiasına görə, Orxan evi almadan, heç bir ödəniş etmədən qardaşların evini ələ keçirib. Orxan saxta sənədlər düzəldərək, həmin evin özünə məxsus olduğunu sübut kimi göstərə bilmişdir. Evin yeni sahibi olan şəxs isə bütün proseslərdən uzaq tutulmuşdur.
Digər tərəfdən, makler evi satmayan 4 qardaşı da müxtəlif yollarla təhdid edir, özünü hökumətə və nazirlərə yaxın adam kimi təqdim edir. Orxan, qardaşların məhkəməyə müraciət etməsi təqdirdə, ona yaxın olan nazirlərin məsələnin həllinə kömək edəcəyini bildirir.
Orxan adlı şəxsin müxtəlif qanunsuz bizneslərlə məşğul olması da araşdırılıb. Onun ölkədə qeyri-qanuni "kazino" oyunları təşkil etdiyi və yüksək məbləğdə pulları dövriyyəyə buraxdığı aşkar olunmuşdur. Bu isə Azərbaycan qanunvericiliyinə görə çirkli pulların yuyulması ilə cinayət törətmək deməkdir.
Şikayətçi, Orxanın qanuni oğrulardan birinin arxasında duraraq qardaşları təhdid etməyə çalışdığını da vurğulayır. Həmin qanuni oğru tərəfindən öldürülmə təhlükəsi olduğu səbəbindən, şikayətçi onun adını açıqlamaq istəmir və Orxanın qanuni oğru ilə əlaqələrinin davam etdiyini bildirir.
Natiq, hazırda həbsxanada olduğu üçün, öz hüquqlarını qorumaq və evini Orxandan geri almaq imkanlarının məhdud olduğunu qeyd edir. O, Orxanın məhz onun həbsdə olmasından istifadə edərək hüquqlarını ələ keçirməyə çalışdığını bildirir. Həmçinin, növbəti dəfə də həbsxanada olan şəxsələrin evlərini ələ keçirərək, saxta sənədlərlə satdığını bildirib.
Şikayətçi Babayev Natiq, köməksiz və çaresiz durumda olduğunu bildirərək, Azərbaycan Respublikasının müvafiq orqanlarından kömək istəmişdir. O, Prezident Ali Baş Komandan İlham Əliyev, Baş Prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov və Əhmədov Faridə müraciət edərək, onlardan yardım istəyir.
Biz, Bakufakt.az olaraq, müvafiq qurumları Orxan adlı şəxsin qeyri-qanuni əməllərini araşdırmağa dəvət edirik. Bu və digər şəxslərin Orxan tərəfindən dələduzluğa uğramamasını təmin etmək üçün onun məsuliyyətə cəlb edilməsi üçün müvafiq orqanlardan kömək gözləyirik.
```