Kəlbəcərə Tarixi Qayıdış: Prezidentin Səfəri

 2025-ci il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər

Kəlbəcərə Tarixi Qayıdış: Prezidentin Səfəri

2025-ci il avqustun 21-də Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər etdilər. Qeyd edilməlidir ki, Kəlbəcərin azad edilməsindən sonra Prezident İlham Əliyev Kəlbəcərə 7 dəfə səfər etmişdir. Avqustun 21-dəkki sonuncu səfər zamanı ölkə başçısı Kəlbəcərin Vəng kəndində "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su elektrik stansiyalarının açılışında, Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin və Kəlbəcər şəhər parkının təməlini qoyma mərasimlərində iştirak edib. Bu səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşərək onlara mənzillərin açarlarını təqdim edib. Görüş zamanı dövlət başçısı çıxış edərək bildirib: "Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyətnizdə tarixi bir gündür. Doğma Vətəniniz, doğma şəhəriniz 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır." Prezident Kəlbəcər sakinlərinin doğma torpaqlarına qayıdışını yüksək qiymətləndirərək, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən işləri vurğulayıb. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toganalı-Kəlbəcər-Istisu avtomobil yolunda görülən işlərlə tanış oldular. Dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını etdi. Qeyd edək ki, Prezidentin əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri uzunluğu 82 kilometr olan Toganalı-Kəlbəcər-Istisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toganalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-Istisu hissəsi təşkil edir. Dövlətimizin başçısı Kəlbəcərdə sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində eyni zamanda vacib mesajlar da səsləndirdi. O, qeyd etdi ki, işğal dövründə Ermənistanın bir qarış belə torpaq qaytarmaq niyyəti olmamışdır. Cənab Prezident bir daha bildirdi ki, münaqişənin sülh yolu ilə həll edilməsini təmin etmək mümkün olmamışdır, çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin dondurulmasına yönəlmişdir. Lakin Azərbaycan öz gücü hesabına bu məkirli planların hamısını alt-üst etdi, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Kəlbəcərin 1 güllə atmadan qaytarılması Azərbaycanının 44 günlük Vətən müharibəsindəki böyük uğuru idi. Beləliklə, Azərbaycan regionda ədaləti təmin etdi, separatizmin kökünü kəsdi. Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşdə Ermənistanın Azərbaycanla olan sərhədlərinin yerinə yetirilmək öhdəliyini də qeyd etdi. Həmçinin tarixi Naxçıvanla quru bağlantısının təmin edilməsinə də diqqət çəkdi. "Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur", - deyə Prezident İlham Əliyev bir daha bildirdi. Dövlət başçısının işğaldan azad edilmiş bölgələrə səfərləri Böyük Qayıdış proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, hər birinin icrası ilə bağlı müvəffəqiyyətlə sona çatacağına əminlik yaradır. Əsas hədəf Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünü doğma yurd-yuvasına qaytarmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə həyata keçirilən layihələrin icrasında iştirak edən, habelə müxtəlif dövlət qurumlarının yerli bölmələrində xidmət edən şəxslərdən ibarət 50 minə yaxın insan yaşayır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü