"Azərenerji ilə Electro Service arasındakı tender razılığı"

“Az?renerji” şirkətinin 1 milyonluq tenderi
“Az?renerji” sirkəti, dövlət qurumunun həyata keçirdiyi müxtəlif növ elektrik mallarının satın alınması ilə bağlı tenderdə yeni bir uğura imza atıb. Tenderin qalibi “ELECTRO SERVICE” QSC olub. Bunun üçün 3 milyon 479 min 492 manatlıq müqavilə imzalanıb.
Tribunainfo-nun açıq mənbələr üzərindən apardığı araşdırmaya görə, “Az?renerji” ilə “Electro Service” şirkəti arasında bu ilk tender deyil. İki şirkət arasında uzun zamandır davam edən münasibətlər olduğu görünür. Hətta qeyd olunur ki, “Az?renerji” bu şirkətə 2024-2025-ci illərdə dörd tender vermişdir.
Bu tenderüzrə bağlanmış ikinci bir müqavilə 181 min 403 manatdır və 17.01.2025-ci il tarixinə təsadüf edir. Müxtəlif növ generatorlar, kompressor və digər elektrik cihazlarının servis xidməti ilə bağlı tender prosesi 14.11.2024-cü ildə reallaşmışdır. Bu zaman “ELECTRO SERVICE” QSC dövlət sirkəti ilə 143 min 74 manatlıq bir anlaşmaya imza atıb.
Daha bir tender prosesi 12.08.2024-cü il tarixində baş tutmuşdur. Araşdırmalara görə, bu vaxt “Az?renerji” ilə “Electro Service” 1 milyon 593 min 895 manatlıq müqaviləyə imza atıblar. Bu münasibətlər uzun müddətdir ki, davam edir və bu, təsadüfi görünmür. Mətbuatda, “Electro Service” QSC-nin “Az?renerji”nin rəhbəri Balabala Rzayevin ailə üzvlərinə məxsus olduğuna dair məlumatlar da yayılıb.
Qeyd edək ki, 2018-ci ildən dövlət qeydiyyatında olan “Electro Service” QSC-nin nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Babayev Turaldır. Şirkət Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşir. Eyni zamanda, şirkətin əvvəlki qanuni təmsilçisi Məmədov Fuad Alxaz oğlu olub.
Maraqlıdır ki, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Az?renerji” ASC-nin prezidenti Balabala Rzayevin ailə üzvlərinə məxsus digər şirkətlər də yerləşir. Məsələn, 1 mart 2016-ci ildən dövlət qeydiyatında olan “Zirə Aqropark” MMC-nin qanuni təmsilçisi Bababala Rzayevin kürəkəni Fərid Fərhadzadədir.
Fərid Fərhadzadə, Fövqəlada Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmiləri Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Baki Ltd” MMC-nin (VÖEN – 1500023181) müdiri kimi tanınır. Bu şirkətin qanuni təmsilçisi isə Balabala Rzayevin qardaşı Rahib Rzayevdir.
Həmçinin, “Zirə Aqropark” MMC-nin qeydiyyata olduğu hüquqi ünvanla eyni yerdə “GBS” QSC adlanan (VÖEN-1500855231) bir şirkət də yerləşir. Bu şirkət “Zirə”dəki zeytun zavodu ilə eyni ərazidə fəaliyyət göstərir. “GBS” adı ilə başlayan digər bir şirkət olan “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741) isə Balabala Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC (VÖEN – 1500023051) də Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşir. Bu şirkətin qanuni təmsilçisi Balabala Rzayevin qayını Həsənov İlham Ağaməsim oğludur.
“Electro Service” QSC-nin cari qanuni təmsilçisi Tural Babayevin kim olduğu isə dəqiqləşdirilməyib. Lakin açıq internet resurslarında Zirə kəndinin sakini olan Tural Babayevin “Santral Elektrik LTD” MMC-də işlədiyi qeyd olunub. Ayrıca, qarşı tərəfi dinləməyə hazırıq.