"Ada Fabrik: Vətəndaşlar Aldadılır!"

Son günlər, vətəndaşların müxtəlif yollarla aldatılması halları artmaqdadır. Xüsusilə, "TikTok" platformasında bu hallara daha çox rast gəlinir. Məsələn, "Ada Fabrik - mebeldunyasiyedek" profilində mebellə bağlı müxtəlif elanlar paylaşılır. "TikTok" (Bu linkd?) və "Instagram" (Bu link?d?) platformalarında yayımlanan elanlarda vətəndaşlara müxtəlif cür mebellər təklif olunur. Bu üsulla vətəndaşları cəlb edən elan sahibləri əvvəlcədən ödənişləri alaraq yoxa çıxırlar. Bəzi hallarda, vətəndaşların telefon nömrələri "qara siyahi"ya salınaraq növbəti qurbanları tora salmaq üçün istifadə edilir.

Mövzu ilə bağlı saytımıza şikayət edən vətəndaş Azər Orucov bildirib ki, sözügedən şəxslərin qurduqları oyunun növbəti qurbanı olub. O, 051 593 85 14 "WhatsApp" nömrəsi ilə əlaqə saxlayaraq, 10 ədəd stul və 1 ədəd stol üçün qarşı tərəfin təqdim etdiyi kart hesabına 750 AZN (Bu hesab Sevda.M adlı şəxsə məxsusdur) və 300 AZN (Bu hesab Vasif.Y adlı şəxsə məxsusdur) ödəniş edib.

Ödəniş qəbzləri ilə bağlı şikayətçinin sözlərinə görə, ödəniş etdikdən bir müddət sonra, qarşı tərəf onun nömrələrini "qara siyahi"ya salıb və zənglərinə cavab verməyib. Aldadıldığını başa düşən vətəndaş DİN-in 102 zəng xidmətinə şikayətini bildirib.
Azər Orucovun sözlərinə görə, fırıldaqçılar vətəndaşları inandırmaq üçün nüfuzlu "ADA" Universitetinin adından da istifadə ediblər. "Sifarişi götürən şəxs telefon danışığı zamanı bildirdi ki, “ADA Universiteti”nin nəzdində fəaliyyət göstərirlər. Adlar da eyni olduğu üçün onlara inandım. İstifadə etdikləri "WhatsApp" hesabının profil şəkilində də "Ada fabrik" sözləri işıqlandırılıb," - deyə vətəndaş bildirib.
O, 1500 AZN dəyərində 10 stul və 1 stol sifariş vermiş, onların tələblərinə uyğun olaraq əvvəlcə 750 AZN, sonra isə 300 AZN onların təqdim etdiyi kart hesabına ödəməsini edib.
O, qalan məbləği isə şifahi razılaşmaya əsasən təhvil-təslim zamanı ödəməli idi. Həmin şəxslər indi zənglərinə və mesajlarına cavab vermir, telefon nömrəsini "qara siyahi"ya salıblar.
Sözügedən şəxslərlə bağlı qarşı tərəflə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab vermədilər. Bu məsələnin diqqətdə saxlanılması və mümkün olan araşdırmaların aparılması gərəkdir.

CityPost.az