"Kontakt Home: İstehlakçılara Qarşı Aldadıcılıq İddiaları"

Bakunews

"Kontakt Home: İstehlakçılara Qarşı Aldadıcılıq İddiaları"

Kontakt Home-da İstehlakçı Hüquqlarının Pozulması İddiaları

Bakunews.az xəbər portalının təsisçisi və jurnalist Mirkənan Seyidov, "Kontakt Home" mağazalar şəbəkəsinin fəaliyyətində rast gəldiyi qanunsuzluq və istehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə bağlı ciddi iddialar səsləndirib. Seyidovun şəxsi təcrübəsi, bu ticarət şəbəkəsinin vətəndaşlara qarşı sistemli şəkildə tətbiq olunan firildaq sxemini bir daha sübut edir.

Seyidov, övladına mobil telefon almaq məqsədilə "Kontakt Home"-un elektron platformasından istifadə edib və təqdim olunan "İndi al, iki ay sonra ödəy" təklifindən yararlanmaq istədiyini bildirib. Mağaza əməkdaşı ilə telefon danışığında dəfələrlə "ödənişə apreldə başlayacam, düzdür?" sualını verərək müsbət cavab aldığını deyən jurnalist, ilkin olaraq 100 manat ödəməklə fevral ayında telefonu alıb.

Lakin sonradan məlum olub ki, bu "güzəşt" sifahi şəkildə bildirilsə də, müqavilə sənədində qeyd olunmayıb. Yəni, sistemdə müştərinin ödəməsi dərhal başlamalı olduğu göstərilib. Bu, istehlakçinin açıq-aşkar aldatılması deyilmi? Sifahi vədlər niyə müqavilədə əks olunmur? Vətəndaşa bildirilen şərtlər yazılı şəkildə niyə təsdiqlənmir?

Mirkənan Seyidov müqaviləyə uyğun olaraq, aprel ayından başlayaraq ödəmələrini müntəzəm şəkildə həyata keçirdiyini bildirir - bəzən 5 gün əvvəl, bəzən isə 5 gün gec. Lakin 4-5 ay sonra üçüncü tərəf bir təşkilatdan (borc takibi ilə məşğul olan hüquqi qurumdan) zəng alaraq 35 gün gecikmiş borcu və əlavə faizləri ödəməli olduğu bildirilmişdir.

Bu zaman məlum olub ki, sistemdə "iki ay sonra ödəy" şərti nəzərə alınmayıb və müştəri müqavilə əsasında gecikmiş borclu şəxs kimi qeyd olunub. Əgər güzəşt sifahi şəkildə deyilibsə, "Kontakt Home" bu məlumatı sistemə niyə daxil etməyib?

Müştəri müqavilədə olmayan gecikmə ilə necə məsuliyyət daşıya bilər? Bu mexanizm hüquqi boşluq adı ilə həyata keçirilən planlı firıldaq deyilmi?

Seyidov məsələ ilə bağlı *6060 qaynar xəttinə zəng etdikdə isə tamamilə mənasız cavab alıb. Ona bildirilib ki, əgər fevral ayında onunla əlaqə saxlayan əməkdaşın zəng etdiyi nömrəni təqdim etməsə, heç bir kömək göstərə bilməzlər. Bu zənglərin sistemdə qeydi yoxdurmu? İgər şirkətin müştəri xidmətləri belə elementar məlumatları tapa bilmirsə, bu qurum necə "müasir texnologiyalı" və "etibarlı" brend ola bilər?

Absurd olan məqam isə budur: jurnalistə təqdim olunan ilkin razılaşmaya əsasən kreditin aylıq ödənişi 114 manat olmalı idi. Lakin sonradan sistemdə bu məbləğ 189 manat kimi göstərilib və bu məbləğlə ödəmə tələb olunub.

Bu 65 manatlıq fərq hansı əsasla yaranıb? Şirkət özünün buraxdığı texniki və ya hüquqi səhvin əvəzini niyə müştəriyə yükləyir? Bu, firıldaqçılıq deyilmi?

Məlumdur ki, Ali Baş komandan İlham Əliyevin müvafiq göstərişindən sonra dövlət qulluqçularının bizneslə məşğul olması qadağan edilmişdir. Elə bu səbəbdən "Kontakt Home" rəhbərliyinin rəsmi sənədlərində dəyişiklik edilmişdir. El dili ilə desək, "Adi sənən, dadı mənim" misalı.

Deputat Elnur Allahverdiyev bu oyunlara göz yumurmu? M. Seyidovun bildirdiyinə görə, "Kontakt Home" mağazalar şəbəkəsinin sahibi həm də vaxtı ilə "ABC Telekom" şirkətinə rəhbərlik edən Elnur Allahverdiyev olub. Uzun müddət bu şirkəti rəhbərlik edən şəxs, hazırda Milli Məclisin deputatı olan Elnur Allahverdiyevdir. Onun rəhbərlik etdiyi dövrdə şirkətə dair çoxsaylı şikayətlər mətbuatda, ən əsası tanınmış jurnalist Habil Vəliyevin rəhbərliyi ilə media resursunda daha çox yer alıb. Vətəndaşlar burada "sələmlilik", "gizli faizlərlə aldatma", "insan ləyaqətinin tapdanması" kimi hallardan dəfələrlə yazıblar.

Seyidovun sözlərinə görə, məsələ ilə bağlı deputatla əlaqə saxladıqda o, "Mən o şirkətdə işləmirəm, ora Həsən İsfəndiyarov rəhbərlik edir" cavabını verib.

Əgər bu şirkətin əsas qurucusu və uzun müddət rəhbəri olmuş deputat məsuliyyətdən yayılırsa, deməli burada həm hüquqi, həm də siyasi məsuliyyətlərdən boyun qaçırılır. Heç kəs sirr olmayan məqamdır ki, heç kimin öz şirkətini tərk etdiyi vəzifə daşıdığı üçün milyonluq gəlir gətirən şirkətini pay verməsini gözləməyimizi düşünməsin. Çünki reallıq, bu şirkətin Həsən İsfəndiyarov tərəfindən idarə olunmasıdır.

Elnur Allahverdiyevin rəhbərliyi rəsmi sənədlərdə göstərilsə də, Həsən İsfəndiyarovun qeyri-rəsmi rəhbər olduğu cəmiyyətdə məlumdur. Elə bu səbəbdən Elnur Allahverdiyevdən tələb edirik ki, müştərilərin bu cür aldatılması və əlavə faizlərin ödənilməsi tələblərinin təyin edildiyi Həsən İsfəndiyarovdan yığılışmasına göstəriş versin.

Güman edirik ki, jurnalistin bu müraciəti həm "Kontakt Home" rəhbərliyinin, həm də Dövlət qurumlarının diqqətinə çatdırılacaqdır.