"Afaq Əliyevanın qanunsuz əməlləri ifşa edildi!"

Nizami rayonu 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın qanunsuz əməlləri ilə bağlı mediada dəfələrlə təkzibolunmaz faktlara əsaslanan materiallar dərc edilib

"Afaq Əliyevanın qanunsuz əməlləri ifşa edildi!"
```html

Nizami rayonu 201 nömrəli tam orta məktəbin direktoru Afaq Quliyevanın qanunsuz əməlləri ilə bağlı mediada dəfələrlə təkzibolunmaz faktlara əsaslanan materiallar dərc edilib. Məlumdur ki, Afaq Quliyeva, 201 nömrəli tam orta məktəbi öz qanunlarına uyğun idarə edir, heç kimə məhəl qoymur, təhsil ocağını rüsvət və korrupsiya məkânına çevirməkdən çəkinmir. Dərs saatlarını istədiyi kimi bölür, məktəb üzvü görməyən, hətta ölkə xaricinə köçən şagirdlərə özündən qiymətlər yazaraq sinifdən-sinifə keçməsinə şərait yaradır. Bu faktlar azmış kimi Afaq Quliyeva, məktəbin direktor müavini olmuş Svetlana Hüseynovaya qarşı da qanunsuz əməllər və təxribatlar həyata keçirməyə cəhd göstərib. Hətta məktəbin müəllimi Lalə Səfəqovanı təhdid edərək Svetlana Hüseynovaya qarşı santaj dolu ifadələr verməyə məcbur edib.

Lakin onun planı ifşa edilib və mediada qanunsuzluqları əks etdirən səs yazıları yayılıb. Bundan sonra Elm və Təhsil Nazirliyi tərəfindən Afaq Quliyeva ilə bağlı araşdırmalara başlanılıb. Lakin nədənsə, onu qoruyan "gizli əllər" sayəsində Afaq Quliyeva sadəcə töhmətlə canını qurtarıb. Bu qədər qanunsuz əməl törədən, təhsil ocağında "at oynadan", tabeliyindəki işçiləri təhqir edən, müəllim adına yaraşmayan hərəkətlərə yol verən bir şəxsin niyə hələ də vəzifədə qalması və işdən çıxarılmaması ciddi suallar doğurur.

TehsilMedia.az xəbər verir ki, indi 201 saylı məktəbin bir qrup müəllimi Afaq Quliyevanın əməllərindən cana doyduqları üçün Prezident İlham Əliyev və nazir Emin Əmrullayevə şikayət məktubu ünvanlayaraq direktorun işdən azad olunmasını xahiş edirlər. 13 nəfər müəllim elə bir həddə çatıb ki, hətta Afaq Quliyevanın rəhbərliyi altında işləmək istəmədiklərini bildirirlər. Məktəbə gəlməkdən imtina edirlər. Bu fakt öz-özlüyündə müəllimlərin ayağa qalxdığını, Afaq Quliyevaya qarşı üsyan etdiyini, haqq səsini ölkə başçısına çatdırmaq istədiklərinin bariz nümunəsidir.

Qeyd edək ki, Təhsil Haqqında Qanunda kimlərin direktor vəzifəsini icra edə biləcəyi ilə bağlı müddələr yer alıb. Afaq Quliyeva isə o müddətlərin heç birinə cavab vermədiyi halda, hələ də vəzifədə qalır. Görəsən, Emin Əmrullayevin Afaq Quliyevanı vəzifədə saxlamasının səbəbi nədir? Niyə cənab Əmrullayev, ölkə qanunlarını tapdalayan bir şəxs barədə qərar verməkdən çəkinir? Bu açıq sualların cavabı yəqin ki, zamanla ictimaiyyətə məlum olacaq.

Bundan başqa, Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, Afaq Quliyevanın məktəbin direktor müavini Svetlana Hüseynovani təhqir etdiyi təsdiqlənib. Hətta Apellyasiya və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. Afaq Quliyevanın təkzib verməsi və kompensasiya ödəməsi ilə bağlı qərar qəbul edilib. Lakin Afaq Quliyeva məhkəmə qərarlarını da heçə sayaraq, onları icra etmir, heç kimi təhqir etmədiyini vurğulayır. Ortada ekspertiza rəyi ola-ola bu cür açıqlama verən Quliyevanın mətni başa düşülən olmasa da, onun kimlərə arxalandığı gün kimi ortadadır.

Ancaq Afaq Quliyeva unudur ki, ölkə hüquqi qanunlarla idarə olunur və Quliyeva gec-tez öz əməllərinə görə cəzasını alacaq. Çünki onun kimi müəllim adına ləkə gətirən bir şəxsin direktor vəzifəsində qalması, gələcəyimizi təhlükə altına qoyan faktlardan biridir.

```