Sabran: Zibillərin Yandırılması Problemə Çevirilib!

Son aylarda Sabran rayonunun mərkəzi küçələrində və ətraf kəndlərində zibillərin toplanmaması, hətta yandırılması sakinlərin əsəblərini gərginləşdirib. Sakinlər, problemin həlli üçün müvafiq qurumlara müraciət etmələri ilə bağlı edilən müraciətlərə baxmayaraq, vəziyyət dəyişmir. Xüsusilə isti havalarda çürüyən tullantılar təhlükəli virus və bakteriyaların yayılmasına səbəb olur, lakin yerli hakimiyyət orqanları hələ də bu problemə effektiv həll yolu təqdim etməyib.
Rayonun mərkəzi hissəsində, o cümlədən ətraf ərazilərdə zibillər vaxtında toplanmır və bəzən "həll yolu" kimi sadəcə yandırılır. Bu isə təkcə mühiti ziyan vurmur, eyni zamanda insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Yanma zamanı havaya zəhərli maddələr - dioksinlər, ağır metallar buraxılır ki, nəticədə tənəffüs yolu xəstəlikləri, allergiyalar və xroniki problemlər riski artır. Sakinlərin müraciətləri isə xeyli müddətdir ki, cavabsız qalır. Yerlərdə Icra Hakimiyyətinə, bələdiyyəyə və ekoloji xidmətlərə zibillərin vaxtında toplanmaması ilə bağlı şikayətlərini çatdırmışlardır. Lakin onlara verilən cavab eynidir: "Kifayət qədər zibil qabları yoxdur". Bu problem illərdir davam edir və heç bir konkret addım atılmır.
Maraqlıdır ki, yalnız Heydər Əliyev prospektində və Icra Hakimiyyəti binası ətrafında zibillər nizamlı təmizlənir. Digər küçələr və məhəllələr isə nəzarətsiz qalır. Sabran Icra Hakimiyyəti və Ekologiya Nazirliyi bu vəziyyətə niyə biganə yanaşır? Onlar öz vəzifələrini yerinə yetirmir ya da problemin sağlamlığını heçəmi sayırlar?
Nə edilməlidir? Zibil yığınlarının yandırılması qadağan edilməli və bu qayda qanunla tənzimlənməlidir. Kifayət qədər zibil konteynerləri quraşdırılmalı və tullantıların nizamlı xaric edilməsi təmin edilməlidir. Yerli büdcədən vəsait ayrılmalı və təmizlik xidmətlərinin keyfiyyəti yoxlanılmalıdır. Həmçinin, vəziyyətin ekoloji şüuru artırılmalı - zibilləri çölə atmaq və yandırmaqla bağlı sosial reklam kampaniyaları keçirilməlidir.
Sabran sakinləri artıq bu vəziyyətdən beziblər. Zibillərin yandırılması və çirklənmiş hava onların gündəlik həyatının bir parçasına çevrilib. Yerli hakimiyyət orqanları bu problemə biganə yanaşmağı dayandırmalı və konkret addımlar atmalıdır. Əks halda, yayda isti günlərində xəstəliklərin artması və ekoloji böhranın daha da dərinləşməsi gözlənilir. Sual qalır: Sabranın küçələri nə vaxt təmiz hava və təmiz mühitə qovuşacaq?