"Sanatoriya Yollayışlarında İmtina Problemləri"

Dincəlmək üçün operatorla sövdələşmək gərəkir
Yay günlərinin qaynar mövzusu bu ildən sanatoriya-kurort yollayımlarının elektron qaydada təqdim edilməsidir. “E-ahik” elektron rezervasiya sistemi vasitəsilə hər kəs istədiyi sanatoriyanı, istirahət mərkəzinə seçməkdə azaddır. Düzü, ilk baxışda cəlbedici görünür, ayrı-seçkiliyə son qoyulması görüntüsü yaradır. Lakin, bəzi çalarlar nəzərə alınmayıb, ya da nəzəri yöndən alınıb, amma praktikada həmkarlıq prinsipi pozulur.
Bu pozuntu əsasən əlilliyi olan şəxslərin yollayışla təminatında üzə çıxır. Qanunvericiliyə görə, əlillərin sanatoriya-kurort yollayışları ilə təminatı pulsuz həyata keçirilir, bu günə qədər də belədir. Elə indi də “e-ahik” sistemində müharibə veteranlarının, əlillərin, 1-ci dərəcəli əlilin müsaviqcisinin güzəşt hüququ saxlanılır. Amma yollayışın təsdiqinə gələndə ən azı 15 faiz ödəmə tələb olunur.
Hələ bu da son deyil, sistemdə təsdiq gözlənilməsi ən azı bir həftə çəkir və hər dəfə bir bəhanə ilə imtina edilir. Bizdə imtinanın üç səbəbi bəllidir: 1. Ödəniş növü düzgün seçilməyib; 2. Qonaqlama forması düzgün seçilməyib; 3. Seçilən məkan üzrə qeyd olunan tarixdə boş otaq mövcud deyil. Hər 3 səbəbin bəhanədən, firildaqdan özgə bir şey olmadığı gün kimi aydındır. Birincisi, ödəmə təsdiqdən sonra edilir, hansı düzgün ödəniş növünün seçilmədiyindən söz açılır? İkincisi, qonaqlama forması nədir ki, onun düzgün seçilməməsi imtinaya səbəb olsun?
Vətəndaş bütün formayı doldurur, kimlə gedəcəyinin bütün rekvizitlərini daxil edir. Sonda imtina edilir ki, qonaqlama forması düz seçilməyib. Bu yanlışlığı heç təsdiqi göndermədən qabaq bildirmək olmazmı? Üçüncüsü, seçilən tarixdə boş otaq olmaması səbəbi də saxtalıqdır. Nədən boş otaq olmayanda biri başdan boş yerin olmadığını sistemdə bildirilir, həmin məkana yollayış seçimi təsdiqi “buraxılmır”. Belə bəlli olur ki, AHIK burada da ayrı-seçkilik edir, güzəşt hüququ olanlar istirahətdən kənarda saxlanılır, müalicədən məhrum edilirlər.
Amma AHIK rəhbərliyi özünün “alibi”ni də elektron qaydada təmin edib. Axi imtina AHIK operatorunun adından edilir! Görünür, operatorlar köhnə qayda ilə işləyənlərdən seçilir. İstənilən halda həmkarları “e-ahik” sisteminin operatorunun ümidinə qoymaqla nəyisə nail olmaq mümkün deyil. Görkdirir, öncədən operatorla sövdələşməlisən. Daha bunun nəyi şəffaflıq oldu?
GundemXeber.Az