"Kontakt Home: Müştəri Məmnuniyyəti Krizisində!"

Hacıağa Qayıbov yazır: Azərbaycanın ən böyük mağazalar şəbəkəsi adını daşıyan Kontakt Home, artıq uzun illərdir özünü “etibarlı tərəfdaş”, “müştəri yönümlü brend”, “operativ xidmət” kimi parlaq sözlərlə tanıdır

"Kontakt Home: Müştəri Məmnuniyyəti Krizisində!"

Hacıaga Qayibov yazır:

Azərbaycanın ən böyük mağazalar şəbəkəsi adını daşıyan Kontakt Home, uzun illərdir ki, özünü “etibarlı tədarıkdaş”, “müştəri yönümlü brend”, “operativ xidmət” kimi parlaq sözlərlə tanıdır. Lakin reallıqda baş verənlər bunun tam əksini sübut edir. Müştərilər uzun gözləmə müddətləri, gecikən çatdırılmalar, cavabsız müraciətlər və sistemli problemlərlə qarşılaşırlar.

Bu gün mənim Kontakt Home-dan verdiyim sifarişlə bağlı problemlərimi bölüşmək istəyirəm. Bakıdan cəmi 60 km uzaqlıqda yerləşən əldə qəsəbəsinə 11 gündür çatdırılma reallaşmir. Qeyd etmək lazımdır ki, Çindən sifariş verdiyim məhsul 10 günə gəlib, amma Kontakt Home-dan aldığım məhsul hələ də ortada yoxdur. Müştəri xidmətlərinə müraciət etdiyim zaman aldığım cavab isə belədir: “Salam, Hacıaga bəy. Müraciətlər çox olduğu üçün gecikən cavablandirmağa görə üzr istəyirik. Məsələ müvafiq şöbəyə yönləndirilib. Gözləməyinizi xahiş edirik.”

Eyni ifadələr, eyni cümlələr, eyni yalanlarla qarşılaşırıq. Problemlərim üçün verilən cavablar yalnız dolayı yolla mənə deyir ki, “şöbə hələ məlumat vermir”, “gözləyin”. Ancaq gözləmək üçün nə qədər səbirli olmalısan ki, bir həftə, iki həftə keçsin və hələ də “müraciətiniz yönləndirilib” cavabı alsınsan? Bu, təkcə mənim deyil, yüzlərlə, minlərlə müştərinin başına gəlir. Sosial şəbəkələrdə etiraz edənlər, şikayət yazanlar sistemli problemləri illərdir ki, dilə gətirir. Amma siz bu problemləri görməməzliyə vurursunuz.

Bütün bunlar nə dərəcədə şəffaflıqdır? Nə dərəcədə peşəkarlıqdır? Müştəri məmnuniyyəti bu qədərmi önəmsizdir? Sual edirəm: sizin üçün bir müştərinin vaxtı, əhval-ruhiyyəsi, hüququ bu qədər dəyərsizdir? Kontakt Home artıq bir mağazalar şəbəkəsi olmamaqla yanaşı, etibarsızlıq və məsuliyyətsizliyin simvoluna çevrilib. Hər “üzr istəyirik” mesajı ilə siz daha da etibarsız görünürsünüz. “Müraciətiniz yönləndirilib” deməklə siz öz zəif sisteminizi etiraf edirsiniz.

Bu yazı bir vətəndaşın, bir müştərinin, bir haqlı narazının səsi kimi yazılıb. Ümid edirəm ki, bəlkə bu səs sizdə bir az cavab tapar. Sonda qeyd edim ki, Çindən 10 günə gələn məhsulun, Bakıdan əlimizə 11 gündə gəlməməsi – məsələ məsafədə deyil, məsuliyyətsizlikdədir.

Arazmedia.az

Mənbə: Çindən 10 Günə Gəlin Məhsul, Bakidan Ələtə 11 Gündə Gəlib Çatmir: Kontakt Home İfşa Olunur